Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:17 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews."Azərişıq" ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması işlərini davam etdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib”.

SalamNews xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən media-turda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O, əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdiriləcək: "Gələn ilin fevral ayında “Azərişığ”ın yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum Tədbirlər planı əsasında bir sıra işlər görüb. Son 1 ildə görülən işlərə nəzər salmaq istərdim. 2019-cu ilin yanvar ayından bugünədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal,Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb.

Bu gün Bakı şəhəri və ətraf kənd və qəsəbələrində görülən işlərin davamıdır. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi mal-materialların göndərilməsi həyata keçirilib. Bu gün Abşeron rayonunun Xırdalan qəsəbəsində “Quşçuluq massivi” ərazisində, Masazır, 28 May qəsəbələri, “At yalı”, Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir".

“Azərişıq” sözçüsü deyib ki, 5 ildir davam edən Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb: "Bu isə qış aylarında yaranan enerji fasilələrin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub.

Tək Masazır qəsəbəsində iki ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində iki ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri özündaşıyan izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan artıq istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.

“Azərişıq” yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb. Bildiyiniz kimi, “Azərişıq”ın göstərdiyi 17 xidmət “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Artıq xətlərimizdə buna imkan verir ki, yeni elektron sayğaclar sms tipli sayğaclar ən son texnoloji nailiyyətlərə cavab verir.

İki həftə və ya 20 günədək, ümumiyyətlə, Yeni ilədək bəzi ərazilərdə növbəli olaraq enerji təchizatında qısa müddətli fasilələr yaranacaq. Bütün bunlar aparılan yenidənqurma işləri ilə əlaqədardlr. Bu gün işlər Xırdalan şəhəri “Quşçuluq massivi” ərazisində, Masazır qəsəbəsində aparıldı. Gələn həftə bu işlər 28 May qəsəbəsi, “At yalı”, Qobu və Hökməli qəsəbələrində, Xırdalan şəhərində yenidənqurna işləri aparılacaq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

“Azərişıq” mənimsəmə iddialarına münasibət bildirib

“Azərişıq” ASC-yə yeni sədr təyin edilib

“Azərişıq” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərişıq” 2019-cu il üzrə nəticələrini açıqlayıb

“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

"Azərişıq" küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək

“Azərişıq”: Sahibkarların obyektlərinin şəbəkəyə qoşulması ilə bağlı müraciətləri 25% artıb

"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq": Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb

“Azərişıq” ölkə ərazisində elektrik təchizatı şəbəkəsini yenidən qurur

“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib

"Azərişıq" sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

“Azərişıq” baş verəcək güclü küləklə bağlı istehlakçılara xəbərdarlıq edib

“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq

“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

27 Yanvar 2020, 10:11 (GMT +4)
Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

27 Yanvar 2020, 10:03 (GMT +4)
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq

27 Yanvar 2020, 09:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

27 Yanvar 2020, 09:39 (GMT +4)
Azərbaycanda zəlzələ olub

27 Yanvar 2020, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

27 Yanvar 2020, 09:14 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

27 Yanvar 2020, 09:00 (GMT +4)
“Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri qoşulublar

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66