Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda plastik tullantılardan Yeni il ağacı hazırlanıb

11 Dekabr 2019, 09:30 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. İctimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönləndirmək, cəmiyyəti tullantıları düzgün idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin tək istifadəlik plastik əşyalardan istifadənin azaldılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni və sağlam həyat tərzini təbliğ etmək məqsədilə 6 dekabr 2019-cu il tarixində AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və Bakı Xəzər Rotari Klubunun birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin, Park Bulvar Ticarət Mərkəzinin və Azersun Holdinqin dəstəyilə Park Bulvar Ticarət Mərkəzində “Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsinə start verilib.

SalamNews xəbər verir ki, Yeni il ağacının hazırlanması prosesində ABŞ-ın Azərbaycandakı səfirinin müavini cənab Maykl Dikerson da iştirak edib. Karton tullantılarından düzəldilmiş robot və plastik butulkalardan hazırlanmış qar adamı uşaqları əyləndirmək, Yeni il ağacının işıqları üçün enerjinin velosiped pedallarının çevrilməsiylə təmin edilməsi isə insanlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə maraq artırmaq üçün nümayiş etdirilir.

Qeyd etmək istərdik ki, ziyarətçilər dekabr ayının ortalarına qədər Park Bulvar Ticarət Mərkəzində nümayiş etdirilən Yeni il ağacını işıqlandırmaq məqsədilə təyin olunan vaxtlarda velosipeddən istifadə edə bilərlər.

“Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsi 2017-ci ildə Rotari Klubunun Azərbaycandakı nümayəndəlikləri, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Saritanın Ekoloji Yaradıcılığının təşəbbüsü ilə başladılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

27 Yanvar 2020, 10:11 (GMT +4)
Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

27 Yanvar 2020, 10:03 (GMT +4)
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq

27 Yanvar 2020, 09:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

27 Yanvar 2020, 09:39 (GMT +4)
Azərbaycanda zəlzələ olub

27 Yanvar 2020, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

27 Yanvar 2020, 09:14 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

27 Yanvar 2020, 09:00 (GMT +4)
“Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri qoşulublar

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66