Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib

11 Dekabr 2019, 11:15 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. 8 dekabr 2019-ci il tarixində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.

SalamNews xəbər verir ki, "Avrasiya Kuboku" adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarusiya, Gürcüstan olmaqla beş ölkənin idmançıları öz güclərini sınayıblar.

Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalarla tənzimlənən turnir "ful kontakt" və "klouz kontakt" versiyaları üzrə uşaqlar, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilmişdir.

Açılış sözü ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov ilk olaraq turnirdə iştirak edən idmançıları salamlamış və onlara müvəffəqiyyətlər arzulamışdır. Çıxışının davamı olaraq o Avrasiya Kombat Ciu-Citsu Federasiyasının il ərzində Azərbaycanda və beynəlxalq müstəvidə gördüyü işlərlə bağlı qonaqlara məlumat vermişdir:

"Gördüyümüz işlərin bir çoxu cənab prezidentimiz İlham Əliyevin idmana diqqət və qayğısının bəhrəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün beynəlxalq təşkilatın mərkəzi Azərbaycanda yerləşir. Biz əlimizdən gəldiyi qədər onun bu siyasətinin layiqli davamçıları olmağa çalışırıq."

Sonra açılış mərasimində yarışın baş hakimi, Dünya Kombat Ciu-Citsu Federasiyasının hakimlər kollegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Respublikanın əməkdar məşqçisi Rəsul Məmmədov da çıxış etmişdir. O çıxışı zamanı bu idman növünün ölkəmizdə günü-gündən yayılmasından danışıb və bu yolda bundan sonra da əlindən gələni edəcəyini vurğulayıb.

Çıxışlardan sonra yarışa start verilib və idmançılar öz güclərini sınayıblar. Onu da qeyd edək ki, turnirdə müvəffəqiyyət əldə etmiş idmançıların sayına görə Azərbaycan birinci yeri tutmuşdur. Azərbaycandan sonra sıra ilə Belarus ikinci, Gürcüstan üçüncü, İran dördüncü, Rusiya isə beşinci yerdə qərarlaşmışdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ciu-citsu üzrə Bakı şəhər çempionatı keçirilib

02 Aprel 2020, 10:55 (GMT +4)
DİM-in vəzifələri artırılıb

02 Aprel 2020, 10:45 (GMT +4)
Çex Respublikasında nazirlər maskasız brifinq keçirdikləri üçün cərimə ödəyəcəklər

02 Aprel 2020, 10:37 (GMT +4)
Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələnib

02 Aprel 2020, 10:24 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 6 mini keçib

02 Aprel 2020, 10:15 (GMT +4)
Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edib

02 Aprel 2020, 10:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

02 Aprel 2020, 09:55 (GMT +4)
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür

02 Aprel 2020, 09:42 (GMT +4)
Bloomberg: Rusiya neft hasilatını artırmaqdan imtina edib

02 Aprel 2020, 09:37 (GMT +4)
Taliban nümayəndələri ilk dəfə olaraq Kabilə gedərək, hökumətlə danışıqlara başlayıblar

02 Aprel 2020, 09:29 (GMT +4)
Kəlbəcərin işğalından 27 il keçir

02 Aprel 2020, 09:20 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 5,1 min nəfəri keçib

02 Aprel 2020, 09:11 (GMT +4)
Tramp İraqdakı ABŞ qüvvələrinə hücumla bağlı İrana xəbərdarlıq edib

02 Aprel 2020, 09:00 (GMT +4)
Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

01 Aprel 2020, 16:00 (GMT +4)
Dövlət Neft Fondu mart ayında satılan vəsaitin həcmini açıqlayıb

01 Aprel 2020, 15:50 (GMT +4)
Rumıniyada koronavirusa yoluxan 85 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66