Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovuniştirakı ilə görüş təşkil edib.

SalamNews xəbər verir ki, görüşdə Cənab Hüseynov bu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.

Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin missiyası və məqsədləri, bu sahədə görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirib ki, ölkədə həyata keçirilən miqrasiya siyasətinin əsas prioritet istiqaməti bütün tərəflərin - istər dövlət və özəl sektor, istərsə də əcnəbilərin və vətəndaşların yararlanmasını təmin etməkdir.

Bu məqsədlə normativ hüquqi bazanın daha da təkmilləşməsi, xidmətlərin əlçatan, şəffaf, səmərəli və keyfiyyətli olmasının təmin edilməsi, innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Məhz normativ bazanın və göstərilən xidmətlərin təkmilləşməsində Məşvərət Şurasının təklifləri nəzərə alınır. Xüsusilə biznes forum, işgüzar nahar və görüşlərin təşkili bu istiqamətdə nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir.

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə son iki ildə ən yüksək nəticəni göstərib (68.98% və 83.81%).

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi sualları və müraciətləri cavablandırıb.
AMCHAM nümayəndələri səmərəli görüşə və DMX rəhbərliyinin biznes sektoru təmsilçiləri ilə belə işgüzar müzakirələrə verdiyi önəmə görə razılıqlarını ifadə ediblər.
Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

Birinci vitse-prezidentin köməkçisi “AmCham”ın üzvləri ilə görüşüb

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

AmCham AZSIĞORTA-nın sədrini mükafatlandırıb

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Təhsil naziri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

27 Yanvar 2020, 18:01 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2020, 17:55 (GMT +4)
AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri barədə məsələ qaldırılıb

27 Yanvar 2020, 17:38 (GMT +4)
Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında memorandum imzalanıb

27 Yanvar 2020, 17:35 (GMT +4)
Sloveniyanın Baş naziri istefa qərarını açıqlayıb

27 Yanvar 2020, 17:30 (GMT +4)
IV beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib

27 Yanvar 2020, 17:23 (GMT +4)
Bakcell növbəti dəfə Milli KSM Mükafatına layiq görülüb

27 Yanvar 2020, 17:21 (GMT +4)
AŞPA-nın yeni prezidenti seçilib

27 Yanvar 2020, 17:12 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıta 6,4 milyon manat ayırıb

27 Yanvar 2020, 17:02 (GMT +4)
BDU-da “Açıq qapı” günü keçirilib

27 Yanvar 2020, 16:46 (GMT +4)
Hadi əl-Amiri: ABŞ səfirliyinə hücum xarici qoşunların İraqdan çıxarılmasının əleyhdarlarının təxribatıdır

27 Yanvar 2020, 16:33 (GMT +4)
“Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq foto müsabiqə keçirilir

27 Yanvar 2020, 16:19 (GMT +4)
Əfqanıstanda qəzaya uğrayan təyyarə orduya aid olub

27 Yanvar 2020, 16:08 (GMT +4)
Azərbaycana bəzi bölgələrdən diri quş və quş məhsullarının idxalına qadağa qoyulub

27 Yanvar 2020, 15:50 (GMT +4)
Yəməndə hərbi əməliyyatların yeni mərhələsi başlayır

27 Yanvar 2020, 15:41 (GMT +4)
“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir

27 Yanvar 2020, 15:37 (GMT +4)
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27 Yanvar 2020, 15:32 (GMT +4)
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb

27 Yanvar 2020, 15:24 (GMT +4)
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

27 Yanvar 2020, 15:02 (GMT +4)
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər (FOTO)

27 Yanvar 2020, 14:52 (GMT +4)
Suriyada terror aktı törədilib

27 Yanvar 2020, 14:41 (GMT +4)
AZAL Bakıdan Pekinə aviareysləri müvəqqəti dayandırır

27 Yanvar 2020, 14:36 (GMT +4)
Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

27 Yanvar 2020, 14:14 (GMT +4)
İnquşetiya başçısı bölgə rəhbərliyini istefaya göndərib

27 Yanvar 2020, 14:00 (GMT +4)
Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb

27 Yanvar 2020, 13:45 (GMT +4)
Məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar hökumətə təqdim edilib

27 Yanvar 2020, 13:26 (GMT +4)
Solomon adalarında 6.3 bal gücündə zəlzələ baş verib

27 Yanvar 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Yanvar 2020, 13:07 (GMT +4)
STEAM layihəsi paytaxt məktəblərində tətbiq olunur

27 Yanvar 2020, 12:58 (GMT +4)
İran və Oman gəmiçilik və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırır

27 Yanvar 2020, 12:40 (GMT +4)
Xəzərdə uzunluğu 51 km olan 27 küçə və yol asfaltlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66