Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 16:02 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP)arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır.

Respublikanın neft-qaz sənayesində müasir texnoloji nailiyyətlərin tətbiqi imkanlarını daim diqqət mərkəzində saxlayan SOCAR bu sahədə həm yerli, həm də beynəlxalq arenada iri miqyaslı layihələr və əməkdaşlıq proqramlarının reallaşdırılmasında aparıcı mövqe tutan iri tərəfdaşlardan biridir. Şirkət yerli istehsalat sahələrinin inkişafı və ölkənin yerli kadr potensialından istifadə edilməsində hər zaman maraqlı olduğunu ifadə edir. Bu məqsədlərə nail olmaq və neft-qaz avadanlıqlarının texniki imkanlarının inkişaf etdirmək istiqamətində reallaşan addımlardan biri də SOCAR vəSTP arasında imzalanmış memorandum olmuşdur.

Sənədə əsasən neft-qaz yataqlarının istismarı sahəsində böyük təcrübəyə və yüksək ixtisaslı personala malik olan SOCARneft-qaz hasilatı imkanlarının optimallaşdırılması istiqamətində qazma və qoruyucu boru xətləri, dövredici və digər avadanlıqların quraşdırılması, sökülməsi, təmir və texniki qulluq göstərilməsi, təzyiq sınaqları və təftiş işlərinin aparılması məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı nəzərdə tutur. STP ölkə ərazisində sözü gedən avadanlıqlara texnik qulluq göstərilməsi, habelə xüsusi avadanlıq hissələrinin istehsalında ixtisaslaşmış istehsalat sahələrinə malik olan ən iri sənaye komplekslərindəndir.

SOCAR və STP arasında imzalanmış memorandum dövlət başçısının ölkə iqtisadiyyatının davamlı inkişafı və yerli istehsalat imkanlarının artırılması siyasətinə müvafiq olaraq respublikanın neft-qaz sektorunda texniki yeniliklər və mütərəqqi texnologiyaların tətbiqi istiqamətində mühüm töhfələr verəcəkdir.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparklarınyaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 11 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

“SOCAR-Petroleum” yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

SOCAR "Petrofac" ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb

“SOCAR-Petrofac” birgə müəssisəsi “BP-Azerbaijan”la saziş imzalayıb

SOCAR istiqrazlarının növbəti faizi ödənilib

SOCAR II rübün göstəricilərini açıqlayıb

Ötən il SOCAR-ın ümumi dövriyyəsi 83,8 milyard manat olub

SOCAR 2019-cu ildə xam neftin satışından əldə etdiyi gəliri açıqlayıb

SOCAR-ın ötənilki xalis mənfəəti 651 milyon manat təşkil edib

SOCAR: Xəzər dənizində daha iki neftçinin meyiti tapılıb

SOCAR qanvermə aksiyasına qoşulub

SOCAR-da işçilərin təhlükəsizliyi üzrə islahatlara start verilib

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub

OPEC+ çərçivəsində tədbirlərin icrası SOCAR-a tapşırılıb

SOCAR “Rəqəmsal yataq” layihəsinə başlayır

“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib

SOCAR İstiqrazları sahiblərinə 1 milyon 250 min dollar gəlir qazandırıb

24 Sentyabr 2020, 10:20 (GMT +4)
Sepah generalı ABŞ qüvvələrinin bölgəyə gəlməsini müsbət hesab edib və səbəbini açılayıb

24 Sentyabr 2020, 10:15 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxan 270 mindən çox insan sağalıb

24 Sentyabr 2020, 10:13 (GMT +4)
Bərdə xəstəxanasında əməliyyat olunan 28 yaşlı qadın ölüb

24 Sentyabr 2020, 10:00 (GMT +4)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

24 Sentyabr 2020, 09:51 (GMT +4)
Livan prezidenti dünya ictimaiyyətini İsrailin bu ölkəyə və Suriyaya təcavüzünün qarşısını almağa çağırıb

24 Sentyabr 2020, 09:51 (GMT +4)
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

24 Sentyabr 2020, 09:35 (GMT +4)
Deputat: Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq

24 Sentyabr 2020, 09:31 (GMT +4)
Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini 69 dəfə pozub

24 Sentyabr 2020, 09:18 (GMT +4)
ABŞ Lukaşenkonun legitimliyini tanımaqdan imtina edib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Tramp seçkilərdə uduzacağı təqdirdə iqtidardan dinc yolla gedəcəyilə bağlı söz verməyib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb

24 Sentyabr 2020, 09:07 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub

24 Sentyabr 2020, 08:53 (GMT +4)
Nazir Ceyhun Bayramov Gürcüstana gedib

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66