Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:30 (GMT +4)

Bakı, 12 dekabr, SalamNews. Biləsuvarda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.

Nazir İnam Kərimov əlavə edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandıran İnam Kərimov bildirib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. İndiyədək ölkə üzrə təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Bu günə qədər 34 rayonda belə görüş keçirilib. Biləsuvar rayonu belə görüşlərin təşkil edildiyi 35-ci rayondur. Bu günə olan məlumatlara görə, 190 minə yaxın fermer payızlıq əkinləri bəyan edib. Fermerlər tərəfindən 364 min hektar əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemə daxil edilib”.

Nazir İnam Kərimov vurğulayıb ki, 2020-ci ildən aqrar subsidiyalar EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək. Bunu əsas gətirən İnam Kərimov fermerlərimizi aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanlar və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.

Daha sonra nazir İnam Kərimov Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazir İnam Kərimov Dövlət Aqrar İnkişaf Mərkəzində EKTİS-də əkinlərin bəyan edilməsi prosesini izləyib, fermerlərin müraciətlərini dinləyib, DAİM əməkdaşlarına tövsiyələr verib.

Xatırladaq ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İnam Kərimov: Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir

İnam Kərimov Fransanın Yeni Akiten regionunun vitse-prezidenti ilə görüşüb

İnam Kərimov: «Bunun yalnız bir adı var - vəhşilik və barbarlıq»

Nazir İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edib

İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verilib

İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib

İnam Kərimov İzmirdə keçirilən toplantıda iştirak edir

İnam Kərimov: Məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük

İnam Kərimov: 14 rayonda qadın biznes kollektivi yaradılıb

Nazir İnam Kərimov: Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov Fransada səfərdədir

Nazir İnam Kərimov dövlət qulluqçuları ilə görüşüb

Nazir İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib 

Nazir İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək

İnam Kərimov: Yeni zavodlar istifadəyə veriləcək

Nazir İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

İnam Kərimov Salyanda vətəndaşları qəbul edib

İnam Kərimov xurma istehsalı ilə məşğul sahibkarlarla görüşüb

28 Yanvar 2020, 18:00 (GMT +4)
“Azərenerji” ilə “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib

28 Yanvar 2020, 17:54 (GMT +4)
Ağ Ev "green card"ın verilmə qaydalarını sərtləşdirmək hüququ əldə edib

28 Yanvar 2020, 17:49 (GMT +4)
Fələstin Trampın “Əsrin sazişi” planına görə ərəb dövlətlərini təcili toplantıya çağırıb

28 Yanvar 2020, 17:33 (GMT +4)
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb

28 Yanvar 2020, 17:22 (GMT +4)
AB bəzi rusiyalı məmurlara qarşı sanksiya tətbiq edə bilər

28 Yanvar 2020, 17:00 (GMT +4)
Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

28 Yanvar 2020, 16:35 (GMT +4)
Peskov mayın 9-da Moskvaya dəvət olunan qonaqlarla bağlı məlumat verib

28 Yanvar 2020, 16:30 (GMT +4)
Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

28 Yanvar 2020, 16:29 (GMT +4)
Suriya Ordusu strateji Məarrat-Numan qəsəbəsini mühasirəyə alıb

28 Yanvar 2020, 16:13 (GMT +4)
Quş qripinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

28 Yanvar 2020, 15:58 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib

28 Yanvar 2020, 15:51 (GMT +4)
Ötən il hazır metal məmulatlarının istehsalı artıb

28 Yanvar 2020, 15:44 (GMT +4)
Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib

28 Yanvar 2020, 15:32 (GMT +4)
İndiyədək "ASAN Viza" vasitəsilə 1 milyon 877 min 835 viza verilib

28 Yanvar 2020, 15:16 (GMT +4)
Lənkəranda general Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib

28 Yanvar 2020, 15:04 (GMT +4)
Azərbaycanın Baş naziri Qazaxıstana səfər edəcək

28 Yanvar 2020, 15:02 (GMT +4)
Əlcəzairdə Su-30 hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub

28 Yanvar 2020, 14:59 (GMT +4)
Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq

28 Yanvar 2020, 14:33 (GMT +4)
Lavrov: İdlibdəki terrorçulara mərhəmət göstərilməyəcək

28 Yanvar 2020, 14:33 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

28 Yanvar 2020, 14:21 (GMT +4)
Bakıdan qaçırılan avtomobil Göyçayda tapılıb

28 Yanvar 2020, 14:02 (GMT +4)
Fələstinli hərəkatlar Trampın planı haqda çağırış ediblər

28 Yanvar 2020, 14:00 (GMT +4)
Mingəçevirdə avtobusda içərisində 2180 manat olan çanta oğurlanıb

28 Yanvar 2020, 13:41 (GMT +4)
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub

28 Yanvar 2020, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Yanvar 2020, 13:15 (GMT +4)
Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

28 Yanvar 2020, 13:11 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın bir pilotsuz təyyarəsini vuraraq salıblar

28 Yanvar 2020, 13:08 (GMT +4)
Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub

28 Yanvar 2020, 12:51 (GMT +4)
Səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb

28 Yanvar 2020, 12:48 (GMT +4)
Türkiyədə koronavirusla bağlı 12 nəfər xəstəxanaya yerləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66