Ankara ABŞ-da Türkiyə əleyhinə sanksiyaların hazırlanmasını pisləyib12 Dekabr 2019, 10:17 (GMT +4) Bakı, 12 dekabr, SalamNews. ABŞ Senatında Türkiyə əleyhinə sanksiyalar paketinin hazırlanması Türkiyənin suverenliyinə və ölkəmizin milli təhlükəsizliyi ilə bağlı qərarlara hörmətsizliyin növbəti təzahürüdür.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi, Türkiyəyə qarşı sanksiyalara dair qətnamə layihəsinin Senatın Xarici Əlaqələr Komitəsində təsdiqlənməsini pisləyib.
“Ankara "Barış pınarı" və S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiqi ilə bağlı qətnamənin hazırlamasının səbəblərini yaxşı bilir. Sənədin hazırlanmasının əsl səbəbi budur ki, Türkiyə Suriyanın şimalında uzun müddətdir hazırlanan layihəyə sarsıdıcı zərbə vurdu və bununla bəzi dairələri məyus etdi", açıqlamada deyilir.
|