Mobil versiya RU AZ
_




QAFQAZ » SİYASƏT

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib

13 Dekabr 2019, 09:00 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews. Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri, quruma üzv ölkələrdə münaqişələrin həlli istiqamətində yeni fəaliyyət proqramının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın GUAM-a üzv dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirən Baş Nazirin müavini Əli Əhmədov son illər ölkəmizin iştirakı ilə bölgədə həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin səmərəli nəticələrindən bəhs edib. Bildirib ki, GUAM ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişafı üçün əlverişli platformadır. Azərbaycanın həyata keçirdiyi iri nəqliyyat, enerji layihələri GUAM-a üzv ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə əsaslı zəmin yaradır.

Əli Əhmədov 2020-ci ildə Azərbaycanın GUAM-a sədrliyi dövründə əsasən infrastruktur, enerji, ticarət layihələrinin qəbul edilməsi üzərində işlərin davam etdiriləcəyini vurğulayıb.

Görüşün iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

Toplantıda çıxış edən Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Moldovanın Baş Naziri İon Kiku və Gürcüstanın Baş Naziri Georgi Qaxariya təşkilatın fəaliyyət göstərdiyi illərdə beynəlxalq arenada qazandığı nailiyyətlərdən, qurumun qarşısında duran vəzifələrdən bəhs ediblər. GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması, sabit inkişafın təmin edilməsi, nəqliyyat, energetika, turizm, elm və mədəniyyət sahələrində mövcud olan əlaqələrin intensivləşdirilməsi və inteqrasiya proseslərinin gücləndirilməsi məsələlərinin müzakirəsinin vacibliyini vurğulayıblar.

İclasın yekununa dair protokol və quruma üzv ölkələrin gömrük idarələri arasında birgə əməkdaşlıq haqqında protokol imzalanıb.

Sonda GUAM ölkələrinin hökumət başçıları qurumun gələcək strategiyası ilə bağlı mətbuat konfransı keçiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nyu-Yorkda GUAM Xarici İşlər nazirlərinin 34-cü iclası keçirilib

Gürcüstanın Azərbaycandakı səfiri GUAM-ın baş katibi ilə görüşüb

Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək

Gömrük Komitəsində GUAM-ın rəqəmsal ticarət qovşağının yaradılması məsələsi müzakirə edilib

Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib

GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək

Altay Əfəndiyev: GUAM beynəlxalq arenada nüfuzlu təşkilata çevrilib

Tbilisidə GUAM PA-nın 10-cu sessiyası işə başlayıb

GUAM PA-nın 10-cu iclası Tbilisidə keçiriləcək

Elmar Məmmədyarov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Gürcüstan Prezidenti GUAM xarici işlər nazirlərini qəbul edib

Elmar Məmmədyarov: GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib

GUAM xarici işlər nazirlərinin geniş formatda görüşü olub

Elmar Məmmədyarov GUAM-Yaponiya görüşündə iştirak edib

Nazir Elmar Məmmədyarov GUAM-ABŞ görüşündə iştirak edib

GUAM-a üzv ölkələrin hökumət başçılarının Kiyev sammitində səmərəli müzakirələr aparılıb

GUAM sammitinin yekunlarına dair bəyanat yayılıb

GÜAM ölkələri ilin sonuna qədər azad ticarət zonası yaratmaq niyyətindədirlər

Bu gün GUAM ölkələrinin baş nazirlərinin iclası keçiriləcək 

Ukraynada GUAM ölkələrinin baş nazirlərin görüşü keçiriləcək

21 Yanvar 2020, 18:45 (GMT +4)
Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

21 Yanvar 2020, 18:00 (GMT +4)
Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 17:48 (GMT +4)
Türkiyə İtaliya, Almaniya və Yunanıstanla birgə hərbi təlimlər keçirir

21 Yanvar 2020, 17:46 (GMT +4)
«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var

21 Yanvar 2020, 17:20 (GMT +4)
Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

21 Yanvar 2020, 17:05 (GMT +4)
Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

21 Yanvar 2020, 16:59 (GMT +4)
İran Ukrayna təyyarəsini vuran havadan müdafiə raketinin növünü açıqlayıb

21 Yanvar 2020, 16:52 (GMT +4)
Hindistanda cütlük toy hədiyyəsini açarkən partlayış baş verib 

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66