Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:27 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews."Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullşadıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb".

SalamNews Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri nazir müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib.

Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: "Məsələn, fermerlər pambıq becərilməsinə görə həm əkin, həm məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək".

İlham Quliyev 2020-ci ildən aqrar subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini deyib: "Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələdir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir. Bu səbəbdən fermerləri payızlıq əkinləri bəyan etmə prosesində daha aktiv iştirak etməyə çağırıram".

Nazir müavini qeyd edib ki, fermerlər EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesində hansısa texniki problemlərlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə, "ASAN xidmət" mərkəzlərinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici sessiyalar həyata keçirir. Bu günədək 36 rayonda belə tədbirlər baş tutub. Görüşlərdə nazirliyin rəhbər heyəti ilə yanaşı, icra hakimiyyəti strukturlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Aqrar İnkişaf Könüllüləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər. Dekabrın 13-14-də analoji görüşlərin Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax və Şəkidə keçirilməsi nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

25 Yanvar 2020, 11:23 (GMT +4)
İraqdakı bazaların atəşə tutulması nəticəsində 34 ABŞ əsgəri xəsarət alıb

25 Yanvar 2020, 11:10 (GMT +4)
Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

25 Yanvar 2020, 11:00 (GMT +4)
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulub

25 Yanvar 2020, 10:41 (GMT +4)
Çində koronavirus xəstələrinin sayı artaraq 1330-a çatıb

25 Yanvar 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

25 Yanvar 2020, 10:11 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib, ölən və yaralananlar var

24 Yanvar 2020, 21:11 (GMT +4)
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66