Əlcəzairin yeni prezidenti məlum olub13 Dekabr 2019, 15:43 (GMT +4) Bakı, 13 dekabr, SalamNews, B.Samid. Əbdülməcid Təbbun Əlcəzairin yeni prezidenti olub.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Əlcəzairin Müstəqil Seçki Komissiyası sabiq baş nazir Əbdülməcid Təbbunun səslərin 58 faizini əldə etdiyini və növbəti 5 il üçün ölkənin prezidenti olduğunu bildirib.
Bu isə o deməkdir ki, Əlcəzairdə prezident seçkilərinin nəticələri elə birinci turda məlum edilib.
Qeyd edək ki, sabiq diktator Əbdüləziz Butaflika ötən aprel ayında istefa verdikdən sonra ordunun dəstəyi ilə müvəttəqi hökumət təşkil edilmiş və prezident seçkilərinin zamanı təyin edilmişdi. Əlcəzair müxalifəti isə sabiq rejim nümayəndələrinin bu seçkilərə qatılmasına görə intensiv aksiyalar keçirir.
|