Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar13 Dekabr 2019, 17:24 (GMT +4) Bakı, 13 dekabr, SalamNews, B.Samid. Husilər Səudiyyə-Yəmən sərhədində yerləşən Cazan əyalətində qarşı tərəfin bir ədəd PUA-sını vuraraq saldıqlarını bəyan ediblər.
SalamNews Əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin (husilər) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cazan bölgəsinin “MBC” dağı yaxınlığında Səudiyyə Ərəbistanı hərbi koalisiyasının bir ədəd kəşfiyyat PUA-sı vurularaq düşürülüb.
Husilər cari həftənin çərşənbə və çərşənbə axşamı günləri də qarşı tərəfin PUA-larını vurduğunu bildirmişdi.
Ənsarullah hərəkatı son zamanlarda havadan müdafiə sahəsində yeni silahı əldə etdiyini bildirib. Husilər ötən həftə Səudiyyə Ərəbistanın bir ədəd Apache hərbi helikopterini və bir Çin istehsallı hərbi PUA-sını vuraraq salmışdı.
|