Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:46 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews.Quba rayonunun Küpçalqışlaq qəsəbəsində 113 fərdi yaşayış evinə təbii qaz verilib. Ümumilikdə, Küpçalqışlaq kəndində 7497 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

SalamNews bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, Kürdəmir rayonu Qarabucaq kəndində də 280 fərdi yaşayış evi bu gündən etibarən mavi yanacaqla təmin olunub. Rayon üzrə hal-hazırda qaz alan abonentlərin sayı 20 855-ə çatmaqla, qazlaşma 99,4% təşkil edir. Qarabucaq qəsəbəsinin qazlaşdırılması üçün 10 172 metr daşıyıcı orta təzyiqli polietilen, 16 792 metr müxtəlif diametrli polad borularla yerüstü məhəllədaxili qaz xəttləri çəkilib. 280 fərdi evin hər birinə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmçinin Mingəçevir şəhərində “Vaqonlar” adlanan yaşayış massivində isə 260 fərdi yaşayış evinə qaz verilib. Yaşayış massivində 9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində qazlaşdırma işlərinə bu ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq başlanılıb.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki 107 fərdi yaşayış evi də dekabrın 13-dən etibarən mavi yanacaq almağa başlayıb. Burada çəkilən yeni qaz xətlərinin uzunluğu isə ümumilikdə 11 006 metr təşkil edir.

Qeyd edək ki, bütün yaşayış məntəqələrində qaz xətləri əvvəlcədən kipliyə və möhkəmliyə yoxlanılıb. Təbii qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət edilməklə icra olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azəriqaz” ilin şirkəti seçilib

“Azəriqaz” 11 ayda 340 binanı təbii qazla təmin edib

“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

“Azəriqaz”: Bu il ərzində Bakıda 290-dan artıq çoxmənzilli bina mavi yanacaqla təmin olunub

“Azəriqaz” 4 yaşayış məntəqəsində 840-a yaxın fərdi evə qaz verib

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

“Azəriqaz”da qışa hazırlıq görülür

“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

“Azəriqaz” rəhbərliyi Quba, Qusar və Şabranda vətəndaşlarla görüşüb

“Azəriqaz” smart kart tipli sayğacların kartlarının verilməsində yaranmış problemi həll edib

“Azəriqaz” 57 mənzil və 80 fərdi yaşayış evini istismara qəbul edib

“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

Yaxın günlərdə “Azəriqaz” 10 rayonun kənd və qəsəbələrinə qaz verəcək

“Azəriqaz” bu il 179 binaya qaz verib

“Azəriqaz”in xidmət sahələri bayram günlərində işləyəcək

“Azəriqaz” Samux və Gəncə sakinlərinə müraciət edib

“Azəriqaz” rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirib

"Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Yanvar 2020, 10:27 (GMT +4)
Netanyahu Hizbullahı «terrorçu» kimi tanıdıqlarına görə Kolumbiya və Hondurasa təşəkkür edib

21 Yanvar 2020, 10:19 (GMT +4)
Putin Konstitusiyaya dəyişiklik qanun layihəsini Dövlət Dumasına təqdim edib

21 Yanvar 2020, 10:01 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

21 Yanvar 2020, 09:58 (GMT +4)
Rusiyada yaşayış binasında baş verən yanğında 11 nəfər ölüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Tunisdə yeni baş nazirə hökumətin təşkili barədə göstəriş verilib

21 Yanvar 2020, 09:42 (GMT +4)
Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

21 Yanvar 2020, 09:37 (GMT +4)
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşüb

21 Yanvar 2020, 09:24 (GMT +4)
Şahzadə Harri Britaniyanı tərk edib

21 Yanvar 2020, 09:09 (GMT +4)
Bağdadda ABŞ səfirliyi yaxınlığına 3 raket atılıb

21 Yanvar 2020, 09:02 (GMT +4)
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar 2020, 14:07 (GMT +4)
Çində sətəlcənim yeni növündən üç nəfər ölüb

20 Yanvar 2020, 13:39 (GMT +4)
İraqın yeni baş nazirinin adı açıqlanacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66