Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 14:05 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir. Dekabrın 13-də bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib.

SalamNews Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini qeyd edib. Bildirilib ki, artıq dünyada bir idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın, demək olar ki, hər yerində olimpiya idman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır.

Qeyd edilib ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər bir komanda üzvünə turnir müddətində keçiriləcək oyunlarda uğur arzuyalan komitə sədri, bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.

Turnir Mehdiabad və Müşfiqabad qəsəbəsi, Qobu park, Stansiya Sumqayıt, Kürdəxanı, Masazır, Binəqədi, Sumqayıt və Ramanada yerləşən yaşayış komplekslərini təmsil edəcək 9 komanda arasında keçiriləcək. Komandaların hər biri 11 nəfərdən ibarətdir. Turnirin sonunda mükafatçı komandalara kubok və diplomlar təqdim ediləcək.

Görüşün sonunda turnirin püşkatması keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Yanvar 2020, 11:37 (GMT +4)
Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

27 Yanvar 2020, 10:11 (GMT +4)
Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

27 Yanvar 2020, 10:03 (GMT +4)
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq

27 Yanvar 2020, 09:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

27 Yanvar 2020, 09:39 (GMT +4)
Azərbaycanda zəlzələ olub

27 Yanvar 2020, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

27 Yanvar 2020, 09:14 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

27 Yanvar 2020, 09:00 (GMT +4)
“Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri qoşulublar

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66