Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 17:00 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews. Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş tutub.

SalamNews xəbər verir ki, görüş Heydər Əliyevin abidəsini ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb.

Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib.

D.Seyidzadə çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edib.

Daha sonra fəxri qonaq mərhum prezidentimizin növbəti dəfə hakimiyyətə gəlişi, 1990-cı il 20 yanvar hadisələri baş verən zaman Moskvada çıxışı,ardınca isə Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü il Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylər, ölkənin ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürüb Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə danışdı, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirib.

D.Seyidzadə bütün bunların gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğulayıb.

Qeyd edək ki, GİKM-in şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Noyabr 2020, 19:18 (GMT +4)
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

23 Noyabr 2020, 18:01 (GMT +4)
KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

23 Noyabr 2020, 17:52 (GMT +4)
Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

23 Noyabr 2020, 17:46 (GMT +4)
Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

23 Noyabr 2020, 17:44 (GMT +4)
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

23 Noyabr 2020, 17:23 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb

23 Noyabr 2020, 17:14 (GMT +4)
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

23 Noyabr 2020, 17:07 (GMT +4)
Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

23 Noyabr 2020, 17:04 (GMT +4)
Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020, 16:58 (GMT +4)
“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

23 Noyabr 2020, 16:47 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

23 Noyabr 2020, 16:39 (GMT +4)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub

23 Noyabr 2020, 16:27 (GMT +4)
Goranboyda polislərə müqavimət göstərən şəxsə cinayət işi açılıb

23 Noyabr 2020, 16:14 (GMT +4)
Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram

23 Noyabr 2020, 16:11 (GMT +4)
Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır

23 Noyabr 2020, 15:58 (GMT +4)
Koronavirus xəstəsi ət satarkən yaxalanıb

23 Noyabr 2020, 15:42 (GMT +4)
İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub

23 Noyabr 2020, 15:38 (GMT +4)
DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

23 Noyabr 2020, 15:23 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

23 Noyabr 2020, 15:23 (GMT +4)
“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

23 Noyabr 2020, 14:56 (GMT +4)
ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

23 Noyabr 2020, 14:41 (GMT +4)
Astarada 54 yaşlı kişi çayda batıb

23 Noyabr 2020, 14:29 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb

23 Noyabr 2020, 14:27 (GMT +4)
Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir

23 Noyabr 2020, 14:10 (GMT +4)
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

23 Noyabr 2020, 14:10 (GMT +4)
Sabah hava yağmursuz keçəcək

23 Noyabr 2020, 13:59 (GMT +4)
Xaçmazda avtomobil yanıb

23 Noyabr 2020, 13:48 (GMT +4)
Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb

23 Noyabr 2020, 13:30 (GMT +4)
Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

23 Noyabr 2020, 13:21 (GMT +4)
Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66