Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub

16 Dekabr 2019, 16:41 (GMT +4)

Bakı, 16 dekabr, SalamNews. Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə elmi diasporamızın təməli qoyulub.

SalamNews xəbər verir ki, Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təsis yığıncağı keçiriblər. Gənclərimizin əsas məqsədi yaşadıqları ölkədə elmi diasporanın təməlini qoymaq olub.

Onlar elmi diasporanın strukturu ilə bağlı fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Elmi diasporanın təşəkkülünə dair fikirlərini bölüşüblər. Bu istiqamətdə perspektivlər, görüləcək işlər haqqında danışaraq, nizamnamə ətrafında müzakirələr aparıblar. Elmi diasporanın inkişafı istiqamətində müxtəlif təkliflər səsləndirilib. Bütün gənclər elmi diasporanın yaradılmasını yekdilliklə dəstəkləyiblər. Bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlər səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də tədbirə qoşulub. O, gənclərin təhsili və fəaliyyəti ilə maraqlanıb, onların fikirlərini dinləyib. Gənclərə elmi diasporanın təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova rəhbərlik etdiyi Assosiasiyanın illik fəaliyyəti haqqında məlumat verərək, həyata keçirilən layihələrdən söz açıb. Soydaşlarımızın Fransada yaratdığı assosiasiyaları təqdim edib və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Yeni yaradılmış “Caspian Research Center” Assosiasiyası, onun məqsədləri haqqında da danışılıb.

Gənc doktorantlar elmi diasporanın yaradılması zərurəti ətrafında müzakirələrini davam etdirərək təşkilatlanma, konkret fəaliyyət strategiyasının hazırlanması ətrafında fikirlərini bölüşüb və müzakirələr aparıblar.

Qeyd edək ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan diaspora quruculuğu Prezident İlham Əliyevin müdrik siyasəti və dəstəyi sayəsində son illər geniş vüsət alıb.

Fransada Azərbaycan diasporasının 10-dan çox assosiasiyası fəaliyyət göstərir və onların sayı getdikcə artmaqdadır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Etirazlar səbəbiylə Parisdə Eyfel qülləsi bağlanıb

Parisdə Eyfel Qülləsi bağlanıb

Parisdə tətillər 600 kilometrlik tıxaclara səbəb olub

Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

"Norman dördlüyü" liderləri Parisdə bir araya gəlib

Parisdə "Anadolu" agentliyinin fotojurnalisti yaralanıb

Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

Parisdə Napoleonun çəkmələri 117 min avroya satılıb

ABŞ olmadan Paris iqlim razılaşması haqqında danışmaq çətindir - Peskov

ABŞ Paris sazişindən çıxır

Parisin Türkiyə əleyhinə qərarları - Fransanın Suriyadakı uğursuzluğunun göstəricisidir - Türkiyə XİN

Parisdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Putin Jak Şirakla vida mərasimində iştirak etmək üçün Parisə gedib

Parisdəki mərkəzi meydanlardan birinə Şahzadə Diananın adı veriləcək

"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

Parisin mərkəzində güclü yanğın başlayıb, ölənlər var

XİN: Vaşinqtonda Paris və Moskva görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub

Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

15 Fevral 2020, 15:40 (GMT +4)
Fransa səfiri: Azərbaycan beynəlxalq idman arenasında mühüm rol oynayır

15 Fevral 2020, 15:35 (GMT +4)
Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

15 Fevral 2020, 15:22 (GMT +4)
İsmayıllı sakinlərindən silah götürülüb

15 Fevral 2020, 15:13 (GMT +4)
ABŞ AB-dən idxal edilən təyyarələrə rüsumları artırır

15 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ bazasına hücumla bağlı Vaşinqtonun özünün etiraf etməsini istəyirik - Sepah

15 Fevral 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

15 Fevral 2020, 14:52 (GMT +4)
Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

15 Fevral 2020, 14:46 (GMT +4)
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

15 Fevral 2020, 14:41 (GMT +4)
Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

15 Fevral 2020, 14:40 (GMT +4)
Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

15 Fevral 2020, 14:40 (GMT +4)
Haitidə yanğında ölən uşaqların sayı artıb

15 Fevral 2020, 14:35 (GMT +4)
Azərbaycan Triatlon Federasiyası ön sıralarda qərarlaşıb

15 Fevral 2020, 14:29 (GMT +4)
Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:17 (GMT +4)
Maduro Quaydonun həbs ediləcəyinə söz verib  

15 Fevral 2020, 14:05 (GMT +4)
Əfqanıstan hökuməti ABŞ-la Talibanın sülh danışıqlarına ümidvar olduğunu bildirib

15 Fevral 2020, 13:52 (GMT +4)
Çinin hər yerindən 25 mindən çox həkim Hubeyə gəlib

15 Fevral 2020, 13:34 (GMT +4)
ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

15 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

15 Fevral 2020, 13:23 (GMT +4)
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66