Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:40 (GMT +4)

Bakı, 16 dekabr, SalamNews.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən SalamNews-a verilən məlumata görə, AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində daxil olan müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.

Lakin 19.11.2019-cu il tarixində “Foden” nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin “İstifadə qaydası və dozası” bəndində “14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə” ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında “0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı” ifadəsi əks olunub. Eləcə də, “Əks göstərişlər” bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na əsasən isə bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir.

BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də sözügedən məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyini nəzərə alaraq, Türkiyənin “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkəti tərəfindən istehsal olunan və “İnvest-Plus” MMC şirkəti tərəfindən idxal olunan “Foden” əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “İnvest – Plus” MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilib.

Əlavə olaraq, bu kimi məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə bağlı şübhəli hallarda Agentliyə məlumat verməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Ötən ay AQTA-ya 2376 müraciət daxil olub

AQTA və OIE-nin birgə regional seminarı öz işinə başlayıb

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqlayıb

AQTA-da növbəti "Açıq qapı"-laboratoriyaların qapıları vətəndaşların üzünə açılıb

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

AQTA və ETSN birgə məlumat yayıb

AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlayıb

AQTA ölkəyə quşçuluq məhsulları idxalı edən sahibkarlara müraciət edib

AQTA koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sahibkarlara müraciət edib

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

02 Aprel 2020, 16:20 (GMT +4)
TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

02 Aprel 2020, 16:00 (GMT +4)
Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

02 Aprel 2020, 15:44 (GMT +4)
Putin Rusiya xalqına müraciət edəcək

02 Aprel 2020, 15:32 (GMT +4)
Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV

02 Aprel 2020, 15:26 (GMT +4)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

02 Aprel 2020, 15:00 (GMT +4)
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçilib

02 Aprel 2020, 14:58 (GMT +4)
Azərbaycan vətəndaşlarının bir qismi Yekaterinburqdan xüsusi reyslə gətiriləcək

02 Aprel 2020, 14:45 (GMT +4)
BDYPİ: Karantin qaydalarını pozan 1243 nəfər cərimələnib

02 Aprel 2020, 14:30 (GMT +4)
Türkiyə turizm mövsümünün başlanğıc tarixini təxirə sala bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66