Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

17 Dekabr 2019, 15:12 (GMT +4)

Bakı, 17 dekabr, SalamNews. Uğurlu sosial siyasət sosial xidmətlərin əhatəliliyinin və ümumən cəmiyyətdə sosial məsələlərin həllində rolunun artırılmasını təmin edib. Bu sahədə qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq ildən-ilə genişlənir, nazirliyin sosial sifarişi ilə icra edilən və həssas qrupları, habelə sağlamlıq imkanları məhdud uşaqları əhatə edən sosial xidmət layihələrinin sayı dəfələrlə artaraq 195-ə çatıb.

SalamNews xəbər verir ki, bunu “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbirin əvvəlində sosial xidmətlər sahəsində aparılan işlərə dair video təqdimat olub.

S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqları əsasında son illərdə yeni istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra sosial xidmət müəssisələri, habelə Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi (Qobustan rayonu) də yaxın vaxtlarda istifadəyə veriləcək. Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsini təmin edib. Nazirliyin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət şəxslərə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Nazir bildirib ki, sosial xidmətlər çətin həyat şəraitinə məruz qalan şəxslərə və ya ailələrə təkbaşına bacara bilmədikləri çətinliklərin aradan qaldırılmasında dövlətin sosial dəstəyini göstərən tədbirlər sistemidir. Nazirlik tərəfindən və nazirliyin sifarişləri əsasında üç istiqamət - evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir. Onlardan 50 faizə və ya 10 minə yaxını məhz ixtisaslamış QHT-lər tərəfindən icra olunan layihələr çərçivəsində xidmətlərlə təmin olunur.

S.Babayev hazırda nazirliyin sosial sifarişləri və nazirlik tərəfindən müəyyən olunmuş prioritetlər əsasında 66 QHT, həmçinin bir sıra hüquqi şəxs tərəfindən sosial xidmət layihələrinin icra olunduğunu deyib. Qeyd edib ki, bu layihələr əsasən xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqları əhatə edir. Onları günərzi və ya icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edərək, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşmələrinin qarşısını alır. Eyni zamanda, əlilliyi olan şəxslər, insan alveri qurbanları, ahıllar, məişət zorakılığından zərər çəkmiş şəxslər və b. bu layihələr çərçivəsində ehtiyac duyqquları sosial dəstəklə təmin edilirlər.

S.Babayev QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin icrası sahəsində əsas hədəfləri də diqqətə çatdırıb. Bu xidmətlərin keyfiyyətinin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatında müsbət dönüşə nail olunması prinsipi baxımından rolunun artırılmasının, sosial xidmətlər sahəsində bilik və peşəkarlıq səviyyəsinin artırılmasının və s. əsas hədəflər sırasında olduğunu vurğulayıb.

Konfransda Azay Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış ediblər. Onlar sosial xidmətlərin həssas qrupların həyatında önəmini və sosial xidmət layihələrinin genişlənməsinin əhəmiyyətini qeyd ediblər. Bu sahədə QHT-lərlə əməkdaşlıq məslələrinə dair fikirlərini bölüşüblər.

Qeyri-hökumət təşkilatlarının rəhbərləri sosial xidmət layihələrinə dair təqdimatlar ediblər. Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıqda əldə olunan nailiyyətlər və perspektivlərlə bağlı müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür edib

Niderland Sosialist Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edilib

"Azercell" Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə sosial layihə keçirib (FOTO)

"Kapital Bank" və "Qırmızı Ürəklər" uşaqlar üçün sosial aksiya keçirib

Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi tarix açıqlanıb

Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib

"AzerGold" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif olunub

I rübdə 1 milyard manata yaxın sosial və işsizlikdən sığorta haqqı yığılıb

Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilib

700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb

Tramp öz sosial şəbəkəsini yaradacaq

Azərbaycanda ilk dəfə Sosial sahibkarlıq, Kraudfandinq və Layihələrin idarə olunması mövzularında kitab çap olunub

Sosial təcrid öyrənmə üçün əngəl deyil

Media rəhbərləri və sosial media aktivistlərinin Ağdama səfəri başlayıb

Nazirlik ünvanlı sosial yardım alanlara müraciət edib

ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

Cəlilabad polisi sosial şəbəkə vasitəsilə narkotik alan şəxsi saxlayıb

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İranda Prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir – İran Mədəniyyət Mərkəzinin sədri

16 İyun 2021, 11:52 (GMT +4)
Gürcüstanda 811 yeni koronavirusa yoluxma qeydə alınıb

16 İyun 2021, 11:40 (GMT +4)
Nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparılıb

16 İyun 2021, 11:27 (GMT +4)
Yəmən münaqişəsilə bağlı sülh danışıqları Qətərdə ola bilər

16 İyun 2021, 11:24 (GMT +4)
XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil 

16 İyun 2021, 11:18 (GMT +4)
Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

16 İyun 2021, 11:15 (GMT +4)
Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

16 İyun 2021, 11:05 (GMT +4)
BNA: Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq

16 İyun 2021, 10:55 (GMT +4)
Həsən Ruhani iranlıları prezident seçkilərinə aktiv şəkildə qatılmağa çağırıb

16 İyun 2021, 10:51 (GMT +4)
Azərbaycan avtomobil idxalını 32% artırıb

16 İyun 2021, 10:43 (GMT +4)
Levon Ter-Petrosyan: Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir

16 İyun 2021, 10:40 (GMT +4)
"Neftçi"nin oyunlarının tarixi açıqlanıb

16 İyun 2021, 10:36 (GMT +4)
Bakı bulvarında 67 yaşlı kişi intihar edib

16 İyun 2021, 10:20 (GMT +4)
Bayden-Putin görüşünün proqramı açıqlanıb

16 İyun 2021, 10:15 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları keçib

16 İyun 2021, 10:14 (GMT +4)
İran yüksək keyfiyyətli uran ehtiyatlarının miqdarını açıqlayıb

16 İyun 2021, 10:03 (GMT +4)
Bayden Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

16 İyun 2021, 10:01 (GMT +4)
Avro-2020: Almaniya Fransaya uduzub, Portuqaliya qalib gəlib

16 İyun 2021, 09:52 (GMT +4)
"Əhmədli" metrostansiyasında şaxtada qısaqapanma olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66