Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xaçmazda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb

18 Dekabr 2019, 11:35 (GMT +4)

Bakı, 18 dekabr, SalamNews. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Xaçmaz rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, Gənclər Fondunun, rayon icra hakimiyyətinin nümayəndələrinin və yerli gənclərin iştirakı ilə keçirilən açılış mərasimində Prezident İlham Əliyevin reallaşdırdığı gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin edilməsi, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə və Ağcabədi rayonlarında Gənclərin İnkişaf və Karyera mərkəzləri fəaliyyətə başlayıb. Bu ilin sonuna kimi isə Xaçmazla yanaşı Goranboy, Yevlax və Lənkəranda da nümayəndəliklər yaradılacaq.

Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.

Region gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazir Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib

Xaçmazda taxta emalı sexində yanğın olub

Xaçmazda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Gələn ay Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi istifadəyə veriləcək

Xaçmazda karantini pozan 341 nəfər cəzalandırılıb

DİN Xaçmazda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Xaçmazda karantində olanlara mənəvi dəstək göstərilib (FOTO)

Xaçmazda karantin rejimini pozan 10 obyekt sahibi və 20 vətəndaş cəzalandırılıb

Xaçmazda “Tramadol” satan şəxs saxlanılıb

Polis rəisi Xaçmazlılara yardım paylayıb (FOTOLAR)

Xaçmaz KOB evində 1 000-ci xidmət göstərilib

Xaçmazda reabilitasiya müəssisəsi istifadəyə veriləcək

“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb

Xaçmazda Biznes İnkubasiya Mərkəzi yaradılır

Xaçmaz “KOB evi”ndə sahibkarlara göstərilən xidmətlər açıqlanıb

Xaçmaz sakinindən marixuana götürülüb

Xaçmazda narkotik vasitənin satışında şübhəli bilinən şəxs saxlanılıb

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66