Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında iştirak edib (FOTOLAR)

20 Dekabr 2019, 11:45 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews.Dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək dövlətin diqqət və qayğısı nəticəsində son illərdə təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş əhəmiyyətli işlər barədə ətraflı danışıb. Nazir müavini deyib ki, hər bir şəxs onlar üçün yaradılan bu imkanları yüksək qiymətləndirməli və onlardan maksimum faydalanmalıdır. Məhəbbət Vəliyeva bildirib ki, təhsilin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı olan, tarixini bilən əsl Azərbaycan vətəndaşını yetişdirməkdir. Nazir müavini uşaqların yaxşı təhsil almasında valideynlərin müstəsna roluna, onların məktəblə sıx əməkdaşlığının əhəmiyyətinə də toxunub. Müasir dövrdə savadlı, bilikli olmağın vacibliyini qeyd edən Məhəbbət Vəliyeva vurğulayıb ki, oğlanlarla yanaşı qızların da təhsilə yiyələnməsinə xüsusi diqqət yetirmək lazımdır.

Daha sonra çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, 180 şagird yerlik məktəb binası 3 mərtəbəli tədris və 1 mərtəbəli idman korpusundan ibarətdir. Tədris binasında 11 sinif otağı, informatika, texnologiya, fizika, kimya, çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq qrupu otağı, tibb otağı, bufet və idman zalı da var. Hazırda məktəbdə 147 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən, müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Məktəbin elektrik enerjisi ilə təminatı üçün 100 kva transformator yarım stansiyası quraşdırılaraq generatorla təmin olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

Təhsil Nazirliyi: Vətəndaşlarla iş bölməsinə 11 372 müraciət daxil olub

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə ötən ay 33 müraciət daxil olub

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir (FOTOLAR)

Təhsil Nazirliyi: Bəzi təhsil müəssisələrində 4-6 yanvarda tədris aparılacağına dair məlumatlar əsassızdır

Təhsil Nazirliyi: Diaqnostik qiymətləndirilmədə 2700-dək psixoloq iştirak edəcək

Təhsil Nazirliyi təhsildən kənar qalmış 9 yaşlı Polad Novruzlunu məktəbə qaytarıb

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

Ötən ay Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub

Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Təhsil Nazirliyi yeni sosial aksiyaya start verib

Ötən ay Təhsil Nazirliyinə 21 528 müraciət daxil olub

26 Fevral 2020, 10:06 (GMT +4)
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

26 Fevral 2020, 09:58 (GMT +4)
Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

26 Fevral 2020, 09:54 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

26 Fevral 2020, 09:53 (GMT +4)
ABŞ İrana dəstək verdiyi deyilən 13 qurum və şəxsə sanksya tətbiq edib

26 Fevral 2020, 09:39 (GMT +4)
İsgəndər Həmidov vəfat edib

26 Fevral 2020, 09:31 (GMT +4)
Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

26 Fevral 2020, 09:24 (GMT +4)
İran hökumətinin sözçüsü koronavirusa yoluxması xəbərinə münasibət bildirib

26 Fevral 2020, 09:15 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri keçib

26 Fevral 2020, 09:00 (GMT +4)
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

26 Fevral 2020, 01:37 (GMT +4)
Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 28 il ötür

25 Fevral 2020, 18:25 (GMT +4)
DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:15 (GMT +4)
Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

25 Fevral 2020, 18:01 (GMT +4)
Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

25 Fevral 2020, 17:50 (GMT +4)
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fevral 2020, 17:41 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

25 Fevral 2020, 17:35 (GMT +4)
Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

25 Fevral 2020, 17:29 (GMT +4)
Bəhreyn ölkədə koronavirusa yoluxanların sayının 17-ə çatdığını bildirib

25 Fevral 2020, 17:24 (GMT +4)
Taylandda bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb

25 Fevral 2020, 17:17 (GMT +4)
Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

25 Fevral 2020, 17:06 (GMT +4)
Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:00 (GMT +4)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib 

25 Fevral 2020, 16:59 (GMT +4)
Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66