Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

21 Dekabr 2019, 10:19 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews.Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident Vladimir Putin görüşdə çıxış edib.

Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarını salamlayaraq, Böyük Vətən müharibəsində qələbə münasibətilə tədbirlərin keçirilməsinin qərara alındığını xatırladıb.

Rusiya dövlətinin başçısı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacaq. Çünki, tarixi faktlar var və onu saxtalaşdırmaq mümkün deyil. Prezident Vladimir Putin ictimaiyyətin bu cür tarixi faktlarla daha yaxından tanış olmasının önəmini vurğulayıb. Tarixi həqiqətləri və ədaləti qorumaq, həmçinin həmin dövrün həqiqətlərinin saxtalaşdırılmasına qarşı çıxmaq üçün arxiv sənədlərinə nəzər salmağın vacibliyini qeyd edən Rusiya Prezidenti bu sənədlərdən faktlar və sitatlar gətirib.

Rusiya Prezidenti İkinci Dünya müharibəsində böyük qələbənin əldə olunmasında sovet xalqının misilsiz şücaətindən danışaraq bildirib ki, ata-babalarımız bu qələbə uğrunda canlarından keçiblər. Həmin dövrdə Sovet İttifaqının hər bir ailəsi bu və ya digər dərəcədə bu müharibənin ağrılarını hiss edib. Vladimir Putin gələcəkdə İkinci Dünyası ilə bağlı həqiqətlərin saxtalaşdırılmaması üçün özündə faktları əks etdirən arxiv materiallarının daha dərindən təhlil olunmasının vacibliyini qeyd edib. Rusiya Prezidenti İkinci Dünya müharibəsində baş verənlərin siyasi məqsədlərlə qeyri-obyektiv təqdim edilməsinin təhlükəli tendensiya olduğunu bildirib.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış olub.

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

Dekabrın 20-də MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev ziyafətdə iştirak edib.

Dekabrın 20-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

Vladimir Putin prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev DTX ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev DOST mərkəzinin açılışında iştirak edib

İlham Əliyev: "Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var"

Prezident İlham Əliyev: “Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur”

ÜST-nin Baş direktoru prezident İlham Əliyevə məktub ünvanlayıb

Prezident İlham Əliyev Sumqayıtda tibbi maska fabrikinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin doğum günü münasibətilə ağac əkiblər

Prezident İlham Əliyev və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66