Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Bu gün “ASAN Radio”nun yaradılmasından 4 il ötür

24 Dekabr 2019, 14:48 (GMT +4)

Bakı, 24 dekabr, SalamNews.Dekabrın 24-də ölkəmizin ən gənc, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiosu – “ASAN Radio”nun 4 illiyidir.

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb.

“ASAN Radio”dan AZƏRTAC-a bildiriblər ki, “ASAN Radio” dövlət, həmçinin beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə faydalı əməkdaşlıq edir. Əhalinin maarifləndirilməsi və vətəndaş suallarının birbaşa cavablandırılması çərçivəsində, həmçinin musiqili və müsabiqə formatlı faydalı verilişlər təqdim edir. Cari verilişlərlə yanaşı, “ASAN Cavab”, “Rəqəmsal Azərbaycan”, “Mənəvi dəyərlər”, “DOST məsləhəti”, “Sahibkar vaxtı”, “ProDemos” kimi proqramlar yayımlanır. “Bir sual, bir cavab”, “Azərbaycan tarixi”, “Ana dili”, “Bizimki”, “Milli kinomuz” və s. buraxılışlar 100 FM-də təqdim olunur.

ABŞ-ın Azərbaycandakı səfirliyi ilə “Hello America!” proqramı, Avropa İttifaqının Bakı nümayəndəliyinin dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” verilişi yayımlanır. Britaniya Şurası ilə “Obla Air” və “Selector” layihələri təqdim olunur. “TRT Ankara” ilə “Radio körpü” qurulur.

“ASAN Radio”nun əməkdaşları bu il ərzində ABŞ və Avropanın aparıcı radiostansiyalarında təcrübələrini artırıblar.

“ASAN Könüllüləri”, ADA, Bakı Dövlət, Azərbaycan Dillər, Slavyan Universitetlərinin jurnalistika fakültəsinin tələbələri “ASAN Radio”da təcrübə keçirlər.

“ASAN Radio” dinləyicisinə yalnız zövqlü musiqi təqdim edir. O, beynəlxalq miqyaslı yarış, tədbir və sərgilərin eksklüziv media tərəfdaşıdır.

“Faydalı Məlumat” dalğası şüarı ilə ölkənin 80 faizə qədərinə yayımlanır. “ASAN Radio” Bakı və Abşeron yarımadası, Sumqayıt, Xızı, Şabran, Siyəzən, Tovuz, Qazax, Ağstafada 100 FM-də, cənub və Aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında, Şirvan şəhərində 92.7 FM-də, Gəncə, Mingəçevir, Naftalan, Yevlax, Ucar, Goranboy, Qəbələ, Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır. “Asanradio.az” saytı və mobil tətbiqlərdən də radionu dinləmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASAN Radionun direktoru tələbələr qarşısında çıxış edib

ASAN Radio 3 yaşını qeyd edir

İdman Jurnalistikası Magistr Proqramı ilə Asan Radio arasında əməkdaşlıq uğurla davam edir

ASAN Radioda “DOST məsləhəti” adlı verilişi yayımlanacaq

ASAN Radionun 2 yaşı münasibəti ilə konsert proqramı keçirilib

"ASAN Radio” Gəncədə yayıma başlayıb

Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri “ASAN Radio”nun qonağı olublar

Bakı Şəhər Halqası ilə "ASAN Radio" arasında memorandum imzalanıb (FOTOLAR)

Bakı Şəhər Halqası ilə "ASAN Radio" arasında memorandum imzalanacaq

ASAN Radio 1 yaşını qeyd edir

Mədəniyyət və Turizm Nazirliyi "ASAN Radio" ilə birgə yeni layihəyə başlayıb

Bakıda “ASAN radio” test yayıma başlayıb

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66