Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

İlham Əliyev: "Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir"

26 Dekabr 2019, 13:30 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews."Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir".

SalamNews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ənənəvi olaraq Formula 1 yarışı keçiriləcəkdir: "Futbol üzrə Avropa çempionatının oyunları ilə Formula 1 yarışı üst-üstə düşür. Ona görə təşkilati məsələlərlə məşğul olan bütün qurumların üzərinə əlavə məsuliyyət düşür. Gərək bütün bu işləri elə planlaşdıraq ki, bu iki önəmli tədbir bir-birinə maneçilik törətməsin. Ona görə indidən bütün işlər düzgün qurulmalıdır. Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə".

Prezident İlham Əliyev vurğulayıb iş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır: "İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev İqor Ponomaryovu təltif edib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

İlham Əliyev: Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir

İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib (FOTOLAR)

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

İlham Əliyev Münhendə Beynəlxalq Böhran Qrupunun rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

Prezident İlham Əliyev BQXK Prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb 

Prezident İlham Əliyev Münxendə dəyirmi masada iştirak edib

Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

Prezident İlham Əliyev millimizi təbrik edib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

25 Fevral 2020, 13:52 (GMT +4)
Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib

25 Fevral 2020, 13:40 (GMT +4)
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

25 Fevral 2020, 13:35 (GMT +4)
“ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub (FOTO)

25 Fevral 2020, 13:28 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

25 Fevral 2020, 13:21 (GMT +4)
Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək

25 Fevral 2020, 13:15 (GMT +4)
Ərdoğan Liviyada iki türk əsgərinin öldüyünü açıqlayıb

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

25 Fevral 2020, 12:11 (GMT +4)
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

25 Fevral 2020, 12:09 (GMT +4)
İraq Parlamenti təşkil edilən yeni hökumətlə bağlı taleyüklü toplantıya hazırlaşır

25 Fevral 2020, 12:01 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

25 Fevral 2020, 11:46 (GMT +4)
Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

25 Fevral 2020, 11:37 (GMT +4)
Rusiya nümayəndə heyəti İdlibi müzakirə etmək üçün Türkiyəyə gələcək - Ərdoğan

25 Fevral 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Küveyti Milli Bayramı münasibətilə təbrik edib

25 Fevral 2020, 11:24 (GMT +4)
Koronavirusa görə ümrə ziyarəti də müvəqqəti şəkildə dayandırıla bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66