Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında iştirak edib

26 Dekabr 2019, 17:40 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews. Dekabrın 26-da Rafiq İsmayılov adına Xızı şəhəri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binanın açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, məktəb kollektivi iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir müavini və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Nazir müavini Məhəbbət Vəliyeva məktəb kollektivi ilə söhbət zamanı bildirib ki, müəllim və şagirdlər onlar üçün yaradılan bu şəraiti dəyərləndirməlidirlər. Nazir müavini qeyd edib ki, şagirdin milli-mənəvi dəyərlər ruhunda düzgün tərbiyələndirilməsi hər bir müəllimin vəzifə borcu olmalı və bu istiqamətdə iş düzgün təşkil edilməlidir.

Məhəbbət Vəliyeva təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, müəllim fəaliyyətinin stimullaşdırılması, məktəb tikintisi istiqamətində görülən işlərdən də danışıb.

Qeyd edək ki, sözügedən məktəb 420 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında iştirak edib (FOTOLAR)

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

Məhəbbət Vəliyeva: Bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək

26 Fevral 2020, 10:54 (GMT +4)
Nicat Hacızadə: Türkiyəli investorlar Azərbaycanda azad şəkildə investisiya fəaliyyəti apara biləcəklər

26 Fevral 2020, 10:40 (GMT +4)
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

26 Fevral 2020, 10:36 (GMT +4)
Cəlilabadda Xocalı Soyqrımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

26 Fevral 2020, 10:21 (GMT +4)
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

26 Fevral 2020, 10:18 (GMT +4)
İdlibdə şiddətli döyüşlər gedir, ordu bir qəsəbəni itirib digərini ələ keçirib

26 Fevral 2020, 10:15 (GMT +4)
Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

26 Fevral 2020, 10:06 (GMT +4)
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

26 Fevral 2020, 09:58 (GMT +4)
Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

26 Fevral 2020, 09:54 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

26 Fevral 2020, 09:53 (GMT +4)
ABŞ İrana dəstək verdiyi deyilən 13 qurum və şəxsə sanksya tətbiq edib

26 Fevral 2020, 09:39 (GMT +4)
İsgəndər Həmidov vəfat edib

26 Fevral 2020, 09:31 (GMT +4)
Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

26 Fevral 2020, 09:24 (GMT +4)
İran hökumətinin sözçüsü koronavirusa yoluxması xəbərinə münasibət bildirib

26 Fevral 2020, 09:18 (GMT +4)
İlham Əliyev: "Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək"

26 Fevral 2020, 09:15 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri keçib

26 Fevral 2020, 09:00 (GMT +4)
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

26 Fevral 2020, 01:37 (GMT +4)
Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 28 il ötür

25 Fevral 2020, 18:25 (GMT +4)
DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:15 (GMT +4)
Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

25 Fevral 2020, 18:01 (GMT +4)
Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

25 Fevral 2020, 17:50 (GMT +4)
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fevral 2020, 17:41 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

25 Fevral 2020, 17:35 (GMT +4)
Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

25 Fevral 2020, 17:29 (GMT +4)
Bəhreyn ölkədə koronavirusa yoluxanların sayının 17-ə çatdığını bildirib

25 Fevral 2020, 17:24 (GMT +4)
Taylandda bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb

25 Fevral 2020, 17:17 (GMT +4)
Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

25 Fevral 2020, 17:06 (GMT +4)
Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:00 (GMT +4)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib 

25 Fevral 2020, 16:59 (GMT +4)
Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66