Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakıda Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi açılıb

28 Dekabr 2019, 11:41 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews.Dekabrın 27-də Heydər Əliyev Sarayında İmadəddin Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi açılıb.

SalamNews xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərginin müəllifi “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimovdur.

Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. Fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

Sərgini "Nəsimi ili”nə töhfə kimi dəyərləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, bu fotoşəkillər sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq.

Ə.Qarayev layihənin fotomüxbir Orxan Əzimovun cəsarəti nəticəsində baş tutduğunu vurğulayıb: “Onun Suriyaya getmək cəhdləri baş tutdu, biz də Mədəniyyət Nazirliyi olaraq ona bu işdə dəstək verməyə çalışdıq. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Nəsiminin məzarına gəldikdə isə şəkillərdən də göründüyü kimi orada hazırda təmir işləri aparılır. Azərbaycan da öz dəstəyini təklif edib”.

Orxan Əzimovun sözlərinə görə, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divar üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqraf bildirib ki, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini göz önündə canlandırır. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələri və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP ilə Mədəniyyət Nazirliyi arasında sənəd imzalanıb

Mədəniyyət Nazirliyi 2019-cu il üçün müsabiqə elan edib

Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılıb

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

24 Fevral 2020, 15:12 (GMT +4)
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

24 Fevral 2020, 14:50 (GMT +4)
AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq

24 Fevral 2020, 14:36 (GMT +4)
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

24 Fevral 2020, 14:29 (GMT +4)
Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:25 (GMT +4)
İranda koronavirusa yoluxanlardan ikisi sağalaraq evə buraxılıb

24 Fevral 2020, 14:25 (GMT +4)
Naxçıvan Ali Məclisinə sədr seçilib

24 Fevral 2020, 14:15 (GMT +4)
"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

24 Fevral 2020, 14:10 (GMT +4)
Çin səfiri koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

24 Fevral 2020, 13:55 (GMT +4)
ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib

24 Fevral 2020, 13:36 (GMT +4)
Suriya Ordusu İdlibdə dörd kəndi radikal qruplaşmalardan azad edib (VİDEO)

24 Fevral 2020, 13:32 (GMT +4)
Dövlət Reklam Agentliyində Xocalı soyqırımı anılıb 

24 Fevral 2020, 13:19 (GMT +4)
İordaniya COVID-2019 ilə əlaqədar bir neçə ölkə vətəndaşının girişinə qadağa qoyub

24 Fevral 2020, 13:09 (GMT +4)
2024-cü ildə “Çovdar” yatağının sulfid fazası istismara veriləcək

24 Fevral 2020, 12:55 (GMT +4)
Prezident İlham Əliyev İqor Ponomaryovu təltif edib

24 Fevral 2020, 12:52 (GMT +4)
Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"

24 Fevral 2020, 12:43 (GMT +4)
İngiltərədə koronavirusa yoluxanların sayı 13-ə çatıb

24 Fevral 2020, 12:37 (GMT +4)
Küveyt, Bəhreyn və Əfqanıstan da koronavirusa yoluxma halını təsdiqləyib

24 Fevral 2020, 12:34 (GMT +4)
"AzerGold" gələn il iki sahəni istismara verəcək

24 Fevral 2020, 12:19 (GMT +4)
Prezidentin köməkçisi: “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir”

24 Fevral 2020, 12:09 (GMT +4)
Tramp Rusiya ilə Ukraynanın barışmasını istəyir

24 Fevral 2020, 12:08 (GMT +4)
"AzerGold" 3 il ərzində ölkə iqtisadiyyatına 400 mln. manata yaxın vəsait cəlb edib

24 Fevral 2020, 12:02 (GMT +4)
Husilər yeni havadan müdafiə sistemlərini nümayiş etdiriblər (VİDEO)

24 Fevral 2020, 12:00 (GMT +4)
Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək

24 Fevral 2020, 11:46 (GMT +4)
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib

24 Fevral 2020, 11:36 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12-ə çatıb

24 Fevral 2020, 11:32 (GMT +4)
Türkiyədən İrana ixrac davam edir - nazir

24 Fevral 2020, 11:31 (GMT +4)
Azərbaycan əsgəri şəhid olub

24 Fevral 2020, 11:16 (GMT +4)
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub

24 Fevral 2020, 11:00 (GMT +4)
Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim edib

24 Fevral 2020, 10:51 (GMT +4)
Nazirlik daxili şəbəkənin texniki dəstəyinə 46,5 min manata yaxın vəsait yönəldəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66