Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

28 Dekabr 2019, 12:09 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Komitədən SalamNews-a bildiriblər ki, tədbirdə qurumun sədri, sədr müavinləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq, ermənilərin bu ərazilərə təxminən iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb. Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində cəzalandırılıblar. Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-cu ildən başlanıb. Burada yaşayıb-işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulublar. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib. Həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi, Xankəndidən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə ediliblər.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, əvvəlcə qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlər mənzillə təmin edilir. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Xankəndidən olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər.

Tədbirdə Xankəndinin və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib.

Anım tədbiri çıxışlarla davam edib.

Sonda Xankəndiyə həsr olunmuş film nümayiş etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Aprel 2020, 12:25 (GMT +4)
DİN: Karantin rejimini pozan 9 nəfər həbs edilib

04 Aprel 2020, 12:05 (GMT +4)
İş adamı Elvin Abbasovdan xüsusi karantin günlərində işləmək istəyənlərə təklif

04 Aprel 2020, 11:58 (GMT +4)
Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasının şərtini açıqlayıb

04 Aprel 2020, 11:53 (GMT +4)
Tramp prezident seçkilərinin noyabrda keçiriləcəyini təsdiqləyib

04 Aprel 2020, 11:41 (GMT +4)
BMT Azərbaycanın COVID-19-la mübarizəsini alqışlayır

04 Aprel 2020, 11:30 (GMT +4)
Çində koronavirusdan ölənlərin xatirəsi sükutla yad edilib

04 Aprel 2020, 11:28 (GMT +4)
Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

04 Aprel 2020, 11:16 (GMT +4)
ABŞ qüvvələri İraqda daha bir qərargahı ölkə ordusuna təhvil verməyə başlayıb

04 Aprel 2020, 11:10 (GMT +4)
Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər (FOTO)

04 Aprel 2020, 11:00 (GMT +4)
Bakıda karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələnib

04 Aprel 2020, 10:51 (GMT +4)
Putin neft hasilatının azaldılmasının şərtlərini açıqlayıb

04 Aprel 2020, 10:48 (GMT +4)
Evdə olduğumuz zaman sağlamlığımızı necə qoruyaq? (QAYDALAR)

04 Aprel 2020, 10:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

04 Aprel 2020, 10:40 (GMT +4)
Husilər minlərlə məhbus və əsirin mübadiləsinin gecikməsində Səudiyyəni ittihamlandırıblar

04 Aprel 2020, 10:25 (GMT +4)
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlanıb

04 Aprel 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxanların 94 faizi sağalıb

04 Aprel 2020, 10:07 (GMT +4)
Tramp neftlə bağlı müttəfiqi Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib

04 Aprel 2020, 10:00 (GMT +4)
“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsinə start veriləcək

04 Aprel 2020, 00:30 (GMT +4)
Azərbaycanda 158 mindən çox əməkdaşın evdən çıxması icazəsi təsdiqlənib

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66