Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov: 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub

28 Dekabr 2019, 16:35 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

SalamNews xəbər verir ki, təbrikdə deyilir: “Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımızın dövlət müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı naminə çətin və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində müstəqil respublikamızda azərbaycançılıq ideyasının bərqərar olmasına, xalqın milli özünüdərk və milli mənlik şüurunun daha da güclənməsinə zəmin yarandı, dünya Azərbaycanlılarının həmrəyliyi təmin edildi.

Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir ki, dövlətçiliyimizin siyasi və iqtisadi dayaqları daha da möhkəmlənib və demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə olunub”.

Təbrik məktubunda vurğulanıb ki, Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Müasir hərbi quruculuq prosesində uğurlu islahatların şahidi olmaq, yenilikləri əyani şəkildə müşahidə etmək üçün ordu-cəmiyyət əlaqələrinin daha da genişlənməsinə böyük imkanlar yaradılıb. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin edir. Görülən işlər bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesinə də müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub.

Cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib. Eyni zamanda, hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.

Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub və hazırda bir sıra obyektlərin inşası davam etdirilir.

Sadaladıqlarımız il ərzində hərbi hissələrdə yerinə yetirilən işlərin az bir qismidir və əminliklə deyə bilərəm ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən prioritet elan edilmiş ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək, Azərbaycan Ordusu növbəti illərdə də bir çox uğurlara imza atacaqdır.

“İnanıram ki, bütün bunlar Sizin Ordumuz qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətinizi daha da artırır, Vətən qarşısında borcunuzu vicdanla yerinə yetirməyə ruhlandırır. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız.

Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.

Bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətən naminə müqəddəs xidmətinizdə uğurlar arzulayıram”, - deyə Müdafiə nazirinin təbrikində xüsusi vurğulanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zakir Həsənov: Ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub

Zakir Həsənov Moskvada keçiriləcək hərbi parada iştirak edəcək

Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdəki hərbi hissələrdə olub (FOTO)

Zakir Həsənov döyüş fəaliyyətlərinin aparılmasına hazır olmağı tapşırıb

Zakir Həsənov ön xətdə hərbi qulluqçularla görüşüb (FOTOLAR)

Zakir Həsənov təlimin komanda idarəetmə məntəqəsində olub (FOTOLAR)

Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

Zakir Həsənov NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb

Zakir Həsənov Fransanın yeni səfiri ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

Zakir Həsənov genişmiqyaslı təlimlərlə bağlı müşavirə keçirib

Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib

Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

Zakir Həsənov: "Müasir hərbi infrastrukturların qurulması ilə bağlı addımlar atılır"

Zakir Həsənov Rusiyaya başsağlığı verib

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66