Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ARDNF-nin 2020-ci il büdcəsi təsdiqlənib

30 Dekabr 2019, 09:00 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews.Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi təsdiq edilib.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manat məbləğində təsdiq olunub.

Neft Fondun gəlirlərinin 10 milyard 563 milyon 404,5 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 4 milyon 692 min manatı karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlər, 19 milyon 380 min manatı neftin və qazın Azərbaycannın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 1 milyard 31 milyon 271,7 min manatı Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 765 milyon 340 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.

Fondun xərclərinin 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 11 milyard 350 milyon manatı Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertə (yuxarı hədd), 10 milyon manatı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 29 milyon 910,3 min manatı isə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə aiddir.

Bundan başqa, “2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib. Həmçinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiqlənib.

Belə ki, 2020-ci ildə fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək. 2020-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 71,2 milyard manata bərabər götürülür. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla); qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri.

Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURİBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət 48 aydan artıq olmamalıdır.

Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

Dövlət Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor’s, Fitch və ya Moody’s) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub

Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

ARDNF ötən ay 543,4 milyon dollar valyuta satıb

ARDNF-in icraçı direktoruna müavin təyin edilib

ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb

ARDNF-in vəsaitləri 90% artıb

ARDNF-nin işçiləri təltif edilib

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib, Əli Əsədov sədr seçilib

ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev İsrafil Məmmədovu ARDNF-in icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib

ARDNF ötən ay 654,85 milyon dollar valyuta satıb

ARDNF-in aktivlərinin 69,6 faizi istiqrazlar və pul bazarı alətləridir

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

"PwC Azerbaijan" ARDNF-in maliyyə fəaliyyətinin auditini keçirəcək

ARDNF-in 20 illiyinə həsr edilmiş poçt markaları buraxılıb

ARDNF ötən ay 815,4 milyon dollar valyuta satıb

ARDNF neft-qaz layihələrindən 146 milyard dollardan çox gəlir əldə edib

ARDNF valyuta satışını 12% azaldıb

ARDNF Ümumdünya Qızıl Şurasının hesabatında Azərbaycanın yer almamasına aydınlıq gətirib

09 Aprel 2020, 11:10 (GMT +4)
Milli Məclisin iclası başlayıb

09 Aprel 2020, 11:06 (GMT +4)
AB Avropadan kənarda COVID-19 ilə mübarizə aparmaq üçün 20 milyard avro ayıracaq

09 Aprel 2020, 11:06 (GMT +4)
Xəlifə Haftarın ordusu Livayada Türkiyənin iki PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 11:00 (GMT +4)
Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar

09 Aprel 2020, 10:45 (GMT +4)
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

09 Aprel 2020, 10:33 (GMT +4)
İran koronavirusa görə nüvə sahəsində 122 məhsulun təqdimatını təxirə salıb

09 Aprel 2020, 10:30 (GMT +4)
Azərbaycanda "Könüllü donor" kampaniyasına start verilib

09 Aprel 2020, 10:21 (GMT +4)
"Azərpoçt" Bakıətrafı qəsəbələrdə səyyar xidmətlərin göstərilməsinə başlayıb (FOTO)

09 Aprel 2020, 10:15 (GMT +4)
Türkiyə və Çin liderləri Covid-19 ilə mübarizə addımlarını müzakirə edib

09 Aprel 2020, 10:10 (GMT +4)
Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

09 Aprel 2020, 10:00 (GMT +4)
Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

09 Aprel 2020, 09:53 (GMT +4)
Moskvada qocalar evində baş verən yanğında xəsarət alanların sayı 16-ya çatıb

09 Aprel 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

09 Aprel 2020, 09:41 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 100-dən çox üzvünü azad edib (FOTO)

09 Aprel 2020, 09:30 (GMT +4)
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

09 Aprel 2020, 09:28 (GMT +4)
ABŞ-da son gün ərzində koronavirusdan 1973 nəfər ölüb

09 Aprel 2020, 09:15 (GMT +4)
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

09 Aprel 2020, 09:05 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəməndə iki həftəlik atəşkəs elan edib

09 Aprel 2020, 09:00 (GMT +4)
Azərbaycanda universitetlərin vəzifələri artırılıb

08 Aprel 2020, 22:39 (GMT +4)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

08 Aprel 2020, 21:35 (GMT +4)
Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

08 Aprel 2020, 19:25 (GMT +4)
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırılıb

08 Aprel 2020, 19:05 (GMT +4)
DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

08 Aprel 2020, 18:51 (GMT +4)
Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66