Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb30 Dekabr 2019, 17:36 (GMT +4) Bakı, 30 dekabr, SalamNews, B.Samid. Türkiyə təhlükəsizlik qüvvələri eyni zamanda ölkənin 6 əyalətində əməliyyat həyata keçirərək, İŞİD-ə üzvlükdə şübhəli bilinən 100-dən çox şəxsi saxlayıb.
SalamNews Anadolu-ya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri ölkənin Samsun, Bursa, Adana, Batman, Kayseri və Anakara əyalətlərində İŞİD-lə bağlı əməliyyat həyata keçirib.
Təkcə bir gün ərzində 100-dən çox şəxs saxlanılıb.
Batman Prokurorluğunun əmri ilə əyalətdə 22 şəxs İŞİD-ə üzvlükdə şübhəli bilinərək saxlanılıb.
Burada əməliyyatlar zamanı iki şübhəlinin qaldığı mənzillərdən silah-sursat aşkarlanıb.
Kayseri əyalətində saxlanılanlardan 9-u İraq vətəndaşıdır.
Anakarada saxlanılanlardan 30-u iraqlı, ikisi suriyalı, biri isə mərakeşlidir.
Ümumiyyətlə saxlanılanların çoxunu ərəb ölkələrinin vətəndaşları xüsusilə də iraqlılar təşkil edir.
|