Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“ABAD” 2019-cu il üzrə hesabatı təqdim edib

07 Yanvar 2020, 15:09 (GMT +4)
Bakı, 7 yanvar, SalamNews“ABAD” publik hüquqi şəxs 2019-cu il ərzində də öz fəaliyyətini uğurla davam etdirdi. Bir il ərzində ABADçıların sayı 105 nəfər artaraq 420-yə çatıb.
 
SalamNews xəbər verir ki,cari ildə mərkəzlərin də sayında artım olub. Belə ki, 4 yeni “ABAD” Bakaleyası “Gənclik Mall”, “20 yanvar” m/s yaxınlığı, “Babək” prospekti və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərində açılaraq sayları 5-ə çatıb. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələrinin satışının yer aldığı “ABAD” etno-butiklərin də sayı artaraq 9-a çatıb. Belə ki, artıq Masallı “ASAN Həyat” kompleksi ərazisində də yeni satış mərkəzi fəaliyyət göstərir.
 
Bundan başqa, Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində daha bir “ABAD Food Hall” fəaliyyətə başlayıb. “ABAD” PHŞ əməkdaşları və ABADçılar Yaponiya, Malayziya, Çin, Xorvatiya, Türkiyə kimi ölkələrdə bir çox yerli və beynəlxalq təlim və sərgilərdə iştirak edib.
2019-cu ildə “ABAD”ın fəaliyyəti çərçivəsində yaddaqalan tədbirlərdən biri də Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun keçirilməsi oldu. İki həftə ərzində Azərbaycan da daxil olmaqla 15 ölkədən olan xarici iştirakçı-keramistlər Mərkəzdə açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaratdılar.
 
Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Artıq “Bravo” marketlər şəbəkəsində ABADçı istehsalı olan təbii yeni pendir və kolbasa növləri, kompotlar; meyvə şirələri və digər içkilər; pomidor turşusu; badımcan kürüsü; balqabaq tumu, qara zirə, kokos, badam və kərə yağları; meyvə quruları, un, çay, sarımsaq tozu, pelmeni, vareniki, düşbərələr, fındıq əzmələri əldə etmək mümkündür.
 
İl ərzində “ABAD” publik hüquqi şəxs Memorandum və Niyyət protokolu imzalayıb. Memorandum “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair, Niyyət Protokolu isə “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında imzalanıb.
 
2019-cu ilin fevral ayında “ABAD” publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Aprel 2020, 12:11 (GMT +4)
AmCham koronavirusla mübarizəyə dəstək verir

01 Aprel 2020, 11:54 (GMT +4)
Quterreş BMT Katibliyin distant işini aprel ayının sonuna qədər uzadıb

01 Aprel 2020, 11:53 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

01 Aprel 2020, 11:52 (GMT +4)
İran prezidenti ölkədə koronavirusa yoluxma hallarının azaldığını bildirib

01 Aprel 2020, 11:40 (GMT +4)
A-Qroup tənha yaşlılara yardım edib

01 Aprel 2020, 11:35 (GMT +4)
Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib (FOTOLAR)

01 Aprel 2020, 11:32 (GMT +4)
Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

01 Aprel 2020, 11:14 (GMT +4)
Tramp koronavirusla əlaqədar ABŞ-ı "iki ağır həftə" gözlədiyini bildirib

01 Aprel 2020, 11:05 (GMT +4)
BNA : İstehsalat bazasındakı bütün avtobuslar xəttə buraxılıb

01 Aprel 2020, 10:56 (GMT +4)
Tunis koronavirusa görə mindən artıq məhbusu azad edib

01 Aprel 2020, 10:42 (GMT +4)
Çində COVID-19-a yeni yoluxma halları qeydə alınıb

01 Aprel 2020, 10:24 (GMT +4)
İran İraqda ABŞ qüvvələrinin yer dəyişməsinə münasibət bildirib

01 Aprel 2020, 10:21 (GMT +4)
Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

01 Aprel 2020, 10:19 (GMT +4)
Energetika Nazirliyinə 2 000-dən çox müraciət daxil olub

01 Aprel 2020, 10:18 (GMT +4)
ABŞ Venesuelada müvəqqəti hökumət yaradılmasını təklif edir

01 Aprel 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

01 Aprel 2020, 10:00 (GMT +4)
“Günay Sığorta” sosial layihəni davam etdirir

01 Aprel 2020, 09:52 (GMT +4)
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

01 Aprel 2020, 09:45 (GMT +4)
Səudiyyə bu il həcc mərasiminin keçirilməyəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib

01 Aprel 2020, 09:44 (GMT +4)
Monako şahzadəsi koronavirusa yoluxduqdan sonra karantindən buraxılıb

01 Aprel 2020, 09:22 (GMT +4)
AMB bugünə olan xarici valyutaların manata qarşı məzənnələrini açıqlayıb

01 Aprel 2020, 09:11 (GMT +4)
ABŞ-da son gün ərzində koronavirusdan 860-dan çox insan ölüb

01 Aprel 2020, 09:03 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb

01 Aprel 2020, 08:58 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66