Mobil versiya RU AZ
_




DÜNYA » DİN

İslam dünyasında hüznlü Fatimiyyə günləri başlayıb

09 Yanvar 2020, 09:31 (GMT +4)

Bakı, 9 yanvar, SalamNews. B.Samid. Bu gün həzrət Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı, onun nəslinin davamçısı və imamlar anası Fatimeyi-Zəhranın (s.ə) şəhid olan gününə (bəzi hədislərə görə) təsadüf edir.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə 1441-ci ilin Cumada əl-ula ayının 13-dür. Bəzi hədislərə görə həzrət Fatimə (s.ə) bu tarixdə, digər hədislərə görə isə Cumada əs-Sani ayının 3-də şəhid edilib. Müsəlmanlar bu günləri hüznlü Fatimiyyə günləri kimi qeyd edirlər.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının bütpərəstlərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirir. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə) qəbrinin yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi hələ də naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli fikri bildirən hədislər var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər. Hüznlü Fatimiyyə günləri bu gündən etibarən başlayır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İslam dünyasında hüznlü Fatimiyyə günləri başlayıb 

Müsəlman təqvimilə Əyyami-Fatimiyyə günləri daxil olub

Bakıda "Əyyami-Fatimiyyə" məclisləri keçirilir (FOTOLAR)

Məşhədi Dadaş məscidində Əyyami-Fatimiyyə mərasimləri keçiriləcək

Müsəlman təqvimilə Əyyami-Fatimiyyə günləri daxil olub

Kərbəlada Fatimiyyə günləri ilə əlaqədar matəm tədbirləri keçirilib (FOTO)

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

10 Aprel 2020, 11:16 (GMT +4)
Baş həkim: Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

10 Aprel 2020, 09:03 (GMT +4)
AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

09 Aprel 2020, 22:27 (GMT +4)
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66