Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell İnnovativ "Mobil Ödəmə" xidməti tətbiq edib

09 Yanvar 2020, 15:36 (GMT +4)

Bakı, 9 yanvar, SalamNews. Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edilib.

Yeni ilin başlanğıcı lider mobil operator Azercell Telekom-un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu. Belə ki, 8 yanvar 2020-ci il tarixindən etibarən Azercell-in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi "Mobil Ödəmə" xidməti bütün fakturasız xətt (SimSim) abunəçiləri üçün mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal Ödənişlərin Genişləndirilməsini üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan "Mobil Ödəmə" xidmətindən yaralanmaq mümkündür.

Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.

Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in "KABİNETİM" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "KABİNETİM" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.
Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq olmamalıdır.

Qeyd edək ki, "Mobil Ödəmə" Xidmətinin həyata keçirilməsi üçün mobil operator və bank arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən platfroma yaxın gələcəkdə "Mobil Ödəmə" layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirərək xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradacaq.

“Mobil Ödəmə“ xidmətinin əhəmiyyətindən bəhs edərkən Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev qeyd etdi: “Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyərək biz bütün abunəçilərimizin gündəlik həyat prosesləri və biznes əməliyyatlarını asanlaşdırmaq, onları daha rahat və sürətli etmək məqsədilə innovativ məhsul çeşidlərini genişləndiririk. “Mobil Ödəmə xidməti gələcəyin rəqəmsal cəmiyyətinin qurulmasına istiqamətində atılan ən vacib addımlardan biridir.”

“Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb. Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklarından biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək " – deyə, PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.

"Mobil Ödəmə" Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

“Azercell” 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

“Azercell”in “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək mümkündür

“Azercell” bütün ölkə üzrə abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

Azercell 5728 aztəminatlı ailəyə dəstək olub

“Azercell” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ayırıb

Azercell abunəçilərini yeni təklifi ilə sevindirəcək

Azercell-dən rominqdə olan abunəçilərinə 50 manat pul yükləyib

Azercell koronavirus infeksiyası ilə bağlı xüsusi iş rejimi elan edib

“Azercell” ötən ili necə başa vurub?

“Azercell”lə mobil musiqi limitsiz olub

Azercell-dən Novruz hədiyyələri davam edir

Azercell idmançı qadınların simasında bütün xanımları təbrik edib

“Azercell”in prezidentinə ağır itki üz verib

“Azercell” gənclərə növbəti iş imkanı yardıb

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

Azercell transformasiya ilininin nəticələrini açıqlayıb

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

30 Mart 2020, 13:24 (GMT +4)
Konte: Koronavirus anti-Avropa əhval-ruhiyyəsinin artmasına səbəb ola bilər

30 Mart 2020, 13:24 (GMT +4)
Taliban Əfqanıstanın şimal-şərqində hücuma keçib, azı 13 ölü var

30 Mart 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 Mart 2020, 12:52 (GMT +4)
Vergilərin ödənilməsi müddəti uzadılıb

30 Mart 2020, 12:49 (GMT +4)
İtaliya televiziyasında Rusiya dövlət himni səsləndirilib

30 Mart 2020, 12:45 (GMT +4)
SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

30 Mart 2020, 12:25 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

30 Mart 2020, 12:17 (GMT +4)
Netanyahunun müşaviri koronavirusa yoluxub, baş nazir də testdən keçəcək

30 Mart 2020, 12:15 (GMT +4)
Almaniyada gün ərzində təxminən 70 nəfər koronavirusdan ölüb

30 Mart 2020, 11:55 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Mart 2020, 11:43 (GMT +4)
Tramp: ABŞ Şahzadə Harrinin ailəsinin qorunması üçün pul xərcləməyəcək

30 Mart 2020, 11:34 (GMT +4)
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb

30 Mart 2020, 11:33 (GMT +4)
Koronavirus qarşıdurmanın olduğu Əfqanıstan və Suriyada da can almağa başlayıb

30 Mart 2020, 11:15 (GMT +4)
Tramp 200 min amerikalının virusdan ölümünü müsbət nəticə hesab edir 

30 Mart 2020, 11:08 (GMT +4)
Milli Məclisin iclası başlayıb

30 Mart 2020, 10:57 (GMT +4)
Bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib

30 Mart 2020, 10:38 (GMT +4)
WTI markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb

30 Mart 2020, 10:37 (GMT +4)
Senat nümayəndələri İrana qarşı sanksiyaların dayandırılması üçün məktub ünvanlayıblar

30 Mart 2020, 10:30 (GMT +4)
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır (FOTOLAR)

30 Mart 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxmuşların 93 faizi sağalıb

30 Mart 2020, 10:14 (GMT +4)
AMB bu günə olan valyuta məzənnələrini açıqlayıb

30 Mart 2020, 10:03 (GMT +4)
İranın Şiraz şəhərində koronavirusla bağlı həbsxanada üsyan baş verib

30 Mart 2020, 10:00 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edib

30 Mart 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

30 Mart 2020, 09:19 (GMT +4)
Suriyada minlərlə İŞİD üzvünün olduğu həbsxanada üsyan baş verib

30 Mart 2020, 09:12 (GMT +4)
REA koronavirusa qarşı kömək edə biləcək dərmanlarların olduğu barədə məlumat verib

30 Mart 2020, 09:05 (GMT +4)
İtaliya aprelin 3-dən sonra karantini uzadacaq

30 Mart 2020, 09:02 (GMT +4)
Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66