Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tarix elmləri doktoru, professor Anar İsgəndərovun doğum günüdür

10 Yanvar 2020, 09:37 (GMT +4)

Bakı, 10 yanvar, SalamNews. Bu gün tarix elmləri doktoru, professor Anar İsgəndərovun doğum günüdür.

SalamNews xatırladır ki, Anar Camal oğlu İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.

1973-1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilib.

1978-1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında «Fəlsəfə» kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun Tarix fakültəsi «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.

Çalışdığı müddətdə «Azərbaycan tarixinin tarixşünaslığı», «Azərbaycan tarixinin mənbəşünaslığı», «Tarix elminin aktual problemləri», «Tarixi tədqiqatların metodoloji problemləri» fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.

Rəhbərliyi altında 4 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medali ilə təltif olunub.

2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İlk dəfə olaraq A.İsgəndərov tərəfindən 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılıb.

1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və «Altun» qızıl medalı ilə, 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunub.

A.İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya şurasının üzvüdür.

Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.

"1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparıb.

A.İsgəndərov bu illər ərzində 6 monoqrafiyası, 5 dərs vəsaiti, 15 proqramı, 300-dən çox elmi məqaləsi nəşr olunub.

1989-cu ildə «Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı» mövzusunda namizədlik , 2004-cü ildə «Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Tarix elmləri doktoru, professordur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Anar İsgəndərov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

28 Fevral 2020, 09:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

28 Fevral 2020, 09:32 (GMT +4)
İdlibdə 33 türk əsgəri həlak olub

28 Fevral 2020, 09:19 (GMT +4)
İsrail Suriya Ordusunun mövqelərinə aviazərbələr endirib, yaralananlar var

28 Fevral 2020, 09:19 (GMT +4)
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür

28 Fevral 2020, 09:12 (GMT +4)
Çində koronavirusa yoluxma hallarının sayı 78,8 minə çatıb

28 Fevral 2020, 09:00 (GMT +4)
Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verib

27 Fevral 2020, 18:33 (GMT +4)
İranın vitse-prezidenti koronavirusa yoluxub

27 Fevral 2020, 18:10 (GMT +4)
Bakıdakı elektrik enerjisi problemi aradan qaldırılıb (RƏSMİ)

27 Fevral 2020, 18:00 (GMT +4)
Azərbaycanda müəllimlərin işə qəbulu başlayır

27 Fevral 2020, 17:45 (GMT +4)
Yüz minlərlə suriyalının qatili Türkiyənin dostu ola bilməz - Ərdoğan

27 Fevral 2020, 17:38 (GMT +4)
Astara Rayon Mərkəzi xəstəxanasının baş həkimi işdən azad olunub

27 Fevral 2020, 17:30 (GMT +4)
İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

27 Fevral 2020, 17:25 (GMT +4)
Prezident Artur Rasi-zadəyə “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO)

27 Fevral 2020, 17:23 (GMT +4)
İranda tanınmış azərbaycanlı din alimi koronavirusdan vəfat edib (FOTO)

27 Fevral 2020, 17:22 (GMT +4)
“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir

27 Fevral 2020, 17:19 (GMT +4)
Yaponiyada koronavirus səbəbiylə bütün məktəblər bağlanır

27 Fevral 2020, 17:18 (GMT +4)
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

27 Fevral 2020, 17:10 (GMT +4)
"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

27 Fevral 2020, 16:56 (GMT +4)
Nazir Muxtar Babayev Kağızın Təkrar Emalı Fabrikində olub (FOTOLAR)

27 Fevral 2020, 16:55 (GMT +4)
AB və İngiltərə "Brexit" razılaşmasına nəzarət komitəsi qurub

27 Fevral 2020, 16:42 (GMT +4)
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur (YENİLƏNİB)

27 Fevral 2020, 16:27 (GMT +4)
ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

27 Fevral 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev 3 generalın istefaya göndərilməsi haqqında sərəncam imzalayıb

27 Fevral 2020, 16:18 (GMT +4)
Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək

27 Fevral 2020, 16:15 (GMT +4)
Tramp Viskonsin ştatında atışma nəticəsində ölənlərin sayını açıqlayıb

27 Fevral 2020, 16:02 (GMT +4)
İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

27 Fevral 2020, 15:55 (GMT +4)
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

27 Fevral 2020, 15:40 (GMT +4)
Qaradağ rayonunun Xəzər sahili ərazilərində monitorinq keçirilib

27 Fevral 2020, 15:22 (GMT +4)
Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlanıb

27 Fevral 2020, 15:12 (GMT +4)
Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiqlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66