Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Jurnalistlər yeni namizədlərdən kimləri deputat görmək istəyirlər? (SORĞU)

10 Yanvar 2020, 13:38 (GMT +4)

Bakı, 10 yanvar, SalamNews, K.Orxan. Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib. Onlardan 689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınan namizədlər arasında tanınmış ictimaiyyət xadimləri, jurnalistlər, ziyalılar da var.

Bəs jurnalistlər yeni namizədlər arasında kimin deputat olmağını istəyir?

SalamNews bu barədə jurnalistlərin fikirlərin təqdim edir.

Tural İbadlı (Report)

Bu il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə kifayət qədər yeni və gənc namizədlər var. Bəzilərini tanıyıram, bəzilərini isə yox. İstərdim ki, gənc və layiqli namizəd Yəhya Babanlı bu seçkilərdə uğur qazananlar sırasında olsun. Yəhya Babanlı vətənpərvər, savadlı və kifayət qədər təcrübəli insandır. Həmçinin dostumuz Nəsimi Paşayevi, Oruc İbrahimovu də parlamentdə görməyi çox arzu edirəm. Düşünürəm ki, Oruc İbrahimovun şansları böyükdür. Ümumilikdə isə seçkilərin azad, şəffaf və ədalətli keçməsini arzu edirəm.

Günay Elşadqızı (APA)

Namizədliyini verən hər kəs yadımda deyil düzü, yadımda qalanlardan Sərraf Hüseynov, Nəzakət Məmmədova, Yelena Sideronko, Ceyhun Məmmədov, Nəsimi Paşayev, Elşad Mirbəşirin qalib gəlməsini istərdim

Fərid Ədalət (Baku.ws)

Mən konret olaraq ad çəkmək istəmirəm. Amma parlamentin yeni tərkibində ictimai nüfuzu olan, cəmiyyət arasında müsbət imici olan aktiv və savadlı insanların olmasını arzulayardım. Belə olan halda parlament haqqında cəmiyyətdə olan fikirlər müsbətə doğru dəyişməyə başlayacaq, həm də həmin şəxslərin sözünə etibar ediləcək. Bundan başqa, daima ictimaiyyət arasında olan şəxslər var ki, onlar hansı problemlərin olduğunu daha yaxşı bilir. Həmin şəxslərin deputat seçilməyi problemlərin də Milli Məclisdə müzakirə olunacağına səbəb ola bilər. Deputatlar arasında jurnalistlərin sayının çoxalması informasiya şəffaflığının artırılmasına, mətbuatla siyasi elita arasında münasibətlərin yaxşılaşmağına müsbət təsir edə bilər.

Səbuhi Vaqifoğlu (AZTV)

Hazırda Azərbaycanda perspektivli, intelekt səviyyəsi yüksək, savadlı, bacarıqlı gənclərin sayı artmaqdadır. Parlament seçkilərinə millət vəkilliyinə verilən namizədlərə baxanda, onların arasında qeyd edilən gəncləri görmək mümkündür. Mən öz növbəmdə seçkilərdə real deputat kürsüsünə iqtisadçı ekspert Vüqar Bayramovu və iş adamı Qüdrət Nuriyevi layiq bilirəm. Hər iki simanın təcrübəsinə bələdəm. Düşünürəm ki, ölkə üçün, cəmiyyət üçün faydalı işlər görə bilərlər. Bu arada digər namizədlərə də uğurlar arzulayıram. İnşaallah layiq olanlar qazansın.

Elmir Muradov ABC.AZ (Fineko) 

İlk növbədə onu qeyd edim ki, bu dəfəki parlament seçkiləri əvvəlkindən ab-havasına və bir sıra məqamlarına görə fərqlənir. Ona görə də bu dəfəki seçkilərə həm maraq, həm də ümidlər çoxdur. Bununla yanaşı gənclərin, savadlı kadrların namizədliyini də irəli sürməsi sevindiricidir. Məhz bu baxımdan düşünürəm ki, bu seçkilər gələcək seçkilərə yaxşı mənada nümunə olacaq. Kimin deputat olmasına gəlincə, qeyd etdiyim kimi xeyli gənc və savadlı insanlar namizədliyini verib. Ona görə də ad çəkmək çətindir. İctimai-siyasi məsələlərdə söz deməyi bacaran, cəmiyyətdə xüsusi çəkisi olan, Azərbaycanın gələcəyi üçün çalışacaq, xalqın sözünü deməyi bacaracaq bütün namizədləri parlamentdə görmək istərəm. Əminəm ki, bu jurnalist olaraq tək  mənim fikrim deyil, bütün cəmiyyətin istəyidir. Fürsətdən istifadə edib bütün namizədlərə seçkilərdə və gələcək işlərində uğurlar arzulayıram.

Həsən Həsənov (BAKU.NEWS)

Mən yeni namizədlər arasında istərdim ki, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, jurnalist Ləman Ələşrəfqızı, Nigar Arpadarai, Yəhya Babanlı, Könül Nurullayeva millət vəkili seçilsinlər.

Məğrur Salmanov (Yeni Müsavat qəzeti)

Mən Rauf Arifoğlunun millət vəkili olmasını arzu edirəm. Bunu təkcə baş redaktorum olduğu üçün yox, onun fəaliyyətinin həm seçildiyi dairənin insanlarına, həm media cameəsinə, həm də ümumilikdə xalqa və cəmiyyətə faydalı olacağına inandığım üçün deyirəm. Rauf Arifoğlu 30 ildir media kapitanı kimi əksər deputatlardan daha çox iş görüb və insanlara, cəmiyyətə faydalı olub. Deputat seçilərsə, bu səlahiyyətləri  də əldə edərsə, onlarla  jurnalisti əhatə edən peşəkar komandası ilə daha çox işlər görəcək. Bununla yanaşı təhsil eksperti Kamran Əsədov, iqtisadçılar Natiq  Cəfərli, Vüqar Bayramovun da deputat seçilməyini çox istərdim. Bütün namizədlərə uğurlar.

Elçin Əliyev (Faktor.az )

Bu il keçiriləcək parlamet seçkilərində bir çox tanınmış yeni simalar var. Atabankın departament rəhbəri Oruc İbrahimov, Formula-1 pr marketinqi Nigar Arpadarai, FHN-nin keçmiş mətubta katibi Yəhya Babanlı, Yeni Müsavat qəzetinin baş readktoru Rauf Arifoğlu, jurnalist Ləman Ələşrəfqızı, jurnalist Ceyhun Musaoğlunu deyə bilərəm.

Tural Tağıyev (Palitra qəzeti)

Nəsimi Paşayevin, iqtisadçı Vüqar Bayramov, Rauf Arifoğlu, Şair Ramaldanov, Aİİ Rektoru Ceyhun Məmmədovun və Sərraf Balaxanı həmçinin həmkar kimi isə gənc namizəd Rufik İsmayılovun da Milli Məclisdə görmək istəyərdim.

Nərmin Əkbərli (Axar.az)

Rauf Arifoğlu, Nəsimi Paşayev, Vüqar Bayramovu parlamentdə görmək istərdim. Hər kəsə uğurlar.

Xeybər Heydərov (Fed.az)

Mən "Ata Bank"ın departament rəhbəri Oruc İbrahimovu və tanınmış pr mütəxəsis Nəsimi Paşayevin deputat olmasini istərdim. 

Könül Cəfərli (Oxu.az)

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində xeyli sayda tanınmışlar var. Mən tarixçi-alim Yəhya Babanlı və tanınmış pr mütəxəsis Nəsimi Paşayevin deputat seçilməyini arzu edərdim.

Gülşən Raufqızı (Modern.az)

Düşünürəm ki, budəfəki parlament seçkiləri daha çox namizədlərin qeydə alındığı seçki kimi tarixə düşəcək. Xüsusilə jurnalistlərin bu seçkidə fəallığı göz önündədir. PR mütəxəssisi Nəsimi Paşayev, hüquqşünas Xəyal Məmmədxanlı, vəkil Cavad Cavadov, jurnalist Ləman Ələşrəfqızı, iqtisadçı Vüqar Bayramovun deputatlığa layiqli namizədlər olduqlarını düşünürəm. Həmçinin hazırda deputat olan Vahid Əhmədovu da 6-cı çağırış Milli Məclisinin üzvü kimi görmək istərdim. Seçkidə iştirak edən hər kəsə uğurlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İraqda siyasi böhran davam edir, prezident parlamentdə sorğulanacaq

“Qızıl 10-luq” idman sorğusunun qaliblərini mükafatlandırılma mərasimi keçirilib

“Azərişıq” sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başlayıb

Sorğu: Amerikalıların demək olar yarısı Trampın impiçmentini dəstəkləyir

Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib

Bu gün Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxacaq

Prezident parlamentin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Prezident İlham Əliyev siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb

Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Trampın Əfqanıstan üzrə nümayəndəsi Konqresdə sorğulanacaq

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Sorğu: Zelenski Ukrayna tarixində ilk dəfə vətəndaşların 70 faizinin etimadını qazanıb

Bakı məktəblərinin birinci sinfinə qəbul üzrə 45 395 sorğu yerləşdirilib

Sorğu: Ruslar Ukraynaya daha yaxşı münasibət bəsləməyə başlayıb

"Avromaydan işi" çərçivəsində sorğuya çağırılan Poroşenko prokurorluğa gəlməyib

Ukrayna prezidenti "Avromaydan işi" çərçivəsində sorğuya çağırılıb

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

Gənclər Fondunun dəstəyi ilə "Respublika Rəy Sorğusu" həyata keçirilir

10 Aprel 2020, 12:49 (GMT +4)
İran koronavirusla bağlı sosial təcrid və izolyasiyanı elektron şəkildə başlayacağını bildirib

10 Aprel 2020, 12:37 (GMT +4)
Kreml Putinin Tramp və Salmanla söhbətinin təfərrüatlarını açıqlayıb

10 Aprel 2020, 12:26 (GMT +4)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

10 Aprel 2020, 12:18 (GMT +4)
OPEK+ ölkələrindən neft hasilatını azaltmayan ölkələrin adı açıqlanıb

10 Aprel 2020, 12:11 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

10 Aprel 2020, 11:16 (GMT +4)
Baş həkim: Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

10 Aprel 2020, 09:03 (GMT +4)
AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

09 Aprel 2020, 22:27 (GMT +4)
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66