Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dövlət başçısı: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır

15 Yanvar 2020, 10:31 (GMT +4)

Bakı, 15 yanvar, SalamNews. "Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir".

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

Dövlət başçısı bildirib:

"Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı.

Hələ o vaxt - 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirirdi.

Bir məsələni də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da “Şahdəniz” yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim. Yadımdadır, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük diqqətlə qulaq asırdı. Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki, kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər “Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər “Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir.

Belə hadisələr çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət başçısı: "Bu il təkcə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edildi"

Sabah altı müsəlman dövlət başçısının iştirakı ilə zirvə toplantısı keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Albaniyanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

Dövlət başçısı: Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir

Prezident İlham Əliyev Koreya Respublikasının dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Almaniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Braziliyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Qazaxıstanın yeni dövlət başçısını təbrik edib

Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

İtaliya Prezidenti Azərbaycanın dövlət başçısına məktub ünvanlayıb

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66