Ukrayna İrandan vurulan Boeing-dəki səs yazılarını ona təhvil verməsini istəyib15 Yanvar 2020, 14:11 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti İrandan vurulan təyyarədəki uçuş qeydlərini Ukraynanın hüquq mühafizə işçisinə təhvil verməsini istəyib.
SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Prokurorluq qeyd edib ki, Ukrayna qəzanın istintaqında sübutların qorunması üçün tədbirlər görür.
|