Qahirədə polis "Anadolu" agentliyinin ofisinə basqın edib, saxlanılanlar var16 Yanvar 2020, 09:13 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Misir polisi ötən gün Qahirədəki "Anadolu" agentliyinin (AA) ofisinə basqın təşkil edib. Heç bir əsas göstərilmədən biri Türkiyə vətəndaşı olmaqla agentliyin 4 əməkdaşı saxlanılıb.
SalamNews-un "Anadolu"ya istinadən verdiyi məlumata görə, saxlanılanlar naməlum istiqamətdə aparılıb.
Məlumata əsasən, basqın axşam saatlarında keçirilib. Polis ofisdəki təhlükəsizlik kameralarını söndürüb və İnternet təchizatını dayandırıb.
|