İsrail Qəzzaya aviazərbələr endirib, yaralananlar var (VİDEO)
16 Yanvar 2020, 09:16 (GMT +4)
Bakı, 16 yanvar, SalamNews, B.Samid. İsrailin hərbi təyyarələri Qəzzanın şimalında HƏMAS-ın obyektləri deyilən hədəflərə hava zərbələri endirib.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, İsrailin hərbi təyyarələri Qəzzanın şimalında Cibalya bölgəsində HƏMAS-ın obyektləri deyilən hədəflərə hava zərbələri endirib.
Hava zərbələri nəticəsində yaralananların, eləcə də maddi xəsarətlərin olduğu deyilir.
İsrail tərəfi bu hava zərbələrinin Qəzzadan atılan bir neçə mərmi və raketə cavab olaraq həyata keçirildiyini bildirib.
Qeyd edək ki, 3 milyon civarında fələstinlinin məskunlaşdığı Qəzza Sektoru 2009-cu ildən hava, quru və sudan İsrailin mühasirəsindədir. Bölgəyə ərzaq və yanacaq məhsulları əsasən Misirlə quru sərhədlərində yerləşən Rəfəh sərhəd keçidindən məhdud şəkildə daxil edilir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.