Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov: Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək

16 Yanvar 2020, 09:32 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Sonda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər nazirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

Lavrov: Rusiya Azərbaycan və Ermənistana qarşılıqlı etimadın gücləndirilməsində kömək edir

“Neftçi”nin “Dinamo” ilə cavab matçının başlama saatı məlum olub

Silahlı Qüvvələrin hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

MN Laçın rayonunun Qarakeçdi kəndindən görüntülər yayıb (VİDEO)

Əfqanıstanın Cövzcan əyalətində qadınlar da Talibana qarşı silahlanıblar

MN Ağdam rayonunun Salahlı Kəngərli kəndinin görüntülər yayımlayıb (VİDEO)

İtaliyada yeniyetmə COVİD-19 peyvəndinə qarşı çıxan valideynlərini məhkəməyə verəcək

Taliban Əfqanıstan-Tacikistan sərhədində böyük sərhəd keçidini nəzarətə götürdüyünü iddia edib

Azərbaycanda indiyədək vurulan COVID-19 əleyhinə peyvəndin sayı 3 milyonu keçib

Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

MN Laçın rayonunun Qalaça kəndindən görüntülər yayıb (VİDEO)  

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

Kəmaləddin Heydərov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

DİN vatsap dələduzluqları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

“Dinamo” - “Neftçi” matçının başlama saatı açıqlanıb

Azərbaycanda dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib

İranın "Əhli-sünnə camaatı" seçkilərdə mühafizəkarların namizədini dəstəkləyəcəyini bildirib

24 İyun 2021, 18:02 (GMT +4)
Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlanıb (VİDEO)

24 İyun 2021, 17:56 (GMT +4)
Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib

24 İyun 2021, 17:51 (GMT +4)
Keniyada helikopter qəzasında 10 hərbçi ölüb 

24 İyun 2021, 17:43 (GMT +4)
Ermənistan Nazirlər Kabineti türk mallarının idxalına qoyulan qadağanı altı ay uzadıb

24 İyun 2021, 17:35 (GMT +4)
TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

24 İyun 2021, 17:24 (GMT +4)
Suriya ilə bağlı Astana görüşünün yeni tarixi açıqlanıb

24 İyun 2021, 17:20 (GMT +4)
Blinken Merkeli "Şimal Axını-2"nin yaratdığı riskləri azaltmağa çağırıb 

24 İyun 2021, 17:11 (GMT +4)
Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib 

24 İyun 2021, 17:01 (GMT +4)
Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif edib

24 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 İyun 2021, 16:47 (GMT +4)
Əfqanıstan Ordusu Talibana endirilən hava zərbələrinin görüntülərini yayımlayıb (VİDEO)

24 İyun 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

24 İyun 2021, 16:31 (GMT +4)
Dünyanın beş ölkəsində "Delta Plus" koronavirus suşu aşkar edilib

24 İyun 2021, 16:25 (GMT +4)
Azərbaycan Prezidenti hərbçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

24 İyun 2021, 16:13 (GMT +4)
Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:02 (GMT +4)
Braziliyada COVID-19-a gündəlik yoluxmada rekord göstərici qeydə alınıb 

24 İyun 2021, 15:52 (GMT +4)
İranda son sutkada koronavirusdan 144 nəfərin ölümü qeydə alınıb

24 İyun 2021, 15:51 (GMT +4)
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

24 İyun 2021, 15:40 (GMT +4)
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

24 İyun 2021, 15:30 (GMT +4)
Azərbaycanda şirkət direktoru həbs edilib

24 İyun 2021, 15:20 (GMT +4)
Ankarada Kabil hava limanı ilə bağlı Türkiyə və ABŞ heyətləri arasında danışıqlar başlayıb

24 İyun 2021, 15:14 (GMT +4)
Prezident sabiq nazir Fərhad Əliyevin oğlunu da təltif edib

24 İyun 2021, 15:03 (GMT +4)
İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

24 İyun 2021, 15:00 (GMT +4)
"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb

24 İyun 2021, 14:52 (GMT +4)
Əfqanıstanda Talibanın 130 silahlısı təslim olub

24 İyun 2021, 14:46 (GMT +4)
Çex Respublikasında leysan yağışları səbəbindən 45 min ailə işıqsız qalıb

24 İyun 2021, 14:38 (GMT +4)
Faydalı qazıntı yataqlarının istifadəsinə dair növbəti hərrac keçirilib

24 İyun 2021, 14:26 (GMT +4)
Hulusi Akar: Yunanıstan razılaşmaya hörmət etmir

24 İyun 2021, 14:23 (GMT +4)
Türkiyə Kabil hava limanının təhlükəsizliyi üçün əlavə hərbi qüvvə göndərməyəcəyini bildirib

24 İyun 2021, 14:23 (GMT +4)
Prezident hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66