Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 15:40 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə olduğu kimi əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini xüsusi qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib. Bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatların ölkə əhalisinin 42 %-nə, yəni 4,2 milyon insana şamil olunduğunu əlavə edib. Müvafiq sahə üzrə görülən işlərdən danışan nazir 2019-cu ildə minimum əmək haqları və pensiyaların artırıldığını diqqətə çatdırıb. Nazir alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında ikinci yerə yüksəldiyini qeyd edib: “Ötən il ərzində pensiya islahatları aparılıb, təqaüdlər orta hesabla 72%, o cümlədən yaşa görə verilən pensiyalar 15%, əlilliyə görə verilən təqaüdlər isə 22% artırılıb. Bundan əlavə, pensiya təyinatının avtomatlaşdırılması üzrə işlər davam etdirilib”.

Vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Sahil Babayev əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan DOST layihəsindən danışan nazir gələcəkdə ölkə üzrə 31 DOST mərkəzi şəbəkəsinin yaradılacağını qeyd edib.

2019-cu ildə 64 min nəfərin işlə təmin olunduğunu vurğulayan Sahil Babayev ümumilikdə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.

Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən məruzəçi nazirlik üzrə 132 xidmətdən 50-sinin artıq elektronlaşdığını, qurumun elektron bazalarının Azərbaycan Respublikasının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın öz şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə bildəcəyini əlavə edib.

Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əmək haqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması, zərərli maddələr siyahısına əlavələrin edilməsi və hüquqi-normativ sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya əməkdaşları adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlanır

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da lisey yaradılacaq

AMEA-nın prezidenti elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb (FOTO)

AMEA elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrini aparacaq

Gələn il AMEA 75 yaşını qeyd edəcək

“AMEA-nın professoru” adına seçki keçirilib

AMEA magistrlərinin “Məzun günü” keçirilib

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66