Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzTU-da 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2020, 17:12 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews. Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları universitetin foyesində faciə qurbanlarının xatirəsinə həsr olunan fotosərgiyə baxıblar.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AzTU Televiziya Studiyasının hazırladığı 20 Yanvar şəhidi, universitetin tələbəsi İlqar Əhmədova həsr olunmuş “Azadlıq fədaisi” sənədli filmi nümayiş olunub. Filmdə şəhidin müəllimləri və qrup yoldaşları onunla bağlı xatirələrindən danışıblar.

AzTU-nun rektoru Vilayət Vəliyev 20 Yanvar hadisələri barədə məlumat verib. Bildirib ki, Qanlı Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi faciə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də faciə qurbanlarının əziz xatirəsinin yad olunmasını hər zaman diqqətdə saxlayır, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif fərmanlar, sərəncamlar imzalayır. Dövlət başçısının "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı sərəncamı da bunun bariz nümunəsidir.

Daha sonra Prezident kitabxanasının şöbə müdiri, Dövlət Mükafatı Laureatı Nazim Mustafa, AzTU-nun nəzdində Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini əvəzi Cəlal Qardaşov (şəhid İlqar Əhmədovun tələbə yoldaşı) və digərləri bu hadisələrə zəmin yaradan tarixi faktlardan danışıblar.

Anım mərasimi 20 Yanvar Şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzTU tərəfindən daha 3000 manat ianə edilib

AzTU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

AzTU-nun Elmi Şurasının onlayn iclası keçirilib

AzTU-nun Elmi Şurası onlayn keçiriləcək

AzTU distant təhsil texnologiyalarından istifadəni genişləndirir

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırıb

AzTU-nun tələbə-rektoru ilin idmançısı seçilib

AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

AzTU-nun tələbəsi Avrasiya çempionu olub

AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib

AzTU-da bir sıra departamentlər və şöbələr ləğv edilib

AzTU xarici əlaqələrini daha da genişləndirir

AzTU tələbələri Moskva Energetika İnstitutunun beynəlxalq təcrübə proqramında iştirak edəcəklər

AzTU-da müdir təyinatı olub

AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

AzTU-da vorkşop keçirilib

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyib

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - Sərəncam

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

07 Aprel 2020, 14:26 (GMT +4)
Neft Fondu maliyyə bazarlarında dalğalanmaların portfelinə təsirini şərh edib

07 Aprel 2020, 14:19 (GMT +4)
“Azexport” portalına sifarişlər artıb

07 Aprel 2020, 14:02 (GMT +4)
Tramp ABŞ-ın neft hasilatını azaltması ehtimalını şərh edib

07 Aprel 2020, 13:48 (GMT +4)
Fransa qüvvələri Bağdadda hərbi qərargahı ölkə ordusuna təhvil veriblər

07 Aprel 2020, 13:39 (GMT +4)
Ağsuda silsilə oğurluq hadisəsi törədilib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66