Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

17 Yanvar 2020, 17:45 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 13-17 yanvar tarixlərində keçirilən, xalqımızın birlik və mübarizlik tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “Vətənpərvərlik kinosu həftəsi” başa çatıb.

Yanvarın 17-də Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirmək məqsədi daşıyan “Vətənpərvərlik kinosu həftəsi” Şağan qəsəbə Mədəniyyət Mərkəzində rejissor Cəmil Fərəcovun Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin haqqında çəkdiyi “Əbədiyyətə uçuş” filminin nümayişi ilə başa çatıb Film nümayişi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin nümayəndəsi, Mərkəzinin rəhbərliyi və yaradıcı heyət tədbir iştirakçılarına Kino Həftəsinin mahiyyətindən söz açıb, Azərbaycanın Milli Qəhrəmanlarının həyat yolunun və döyüş əzminin böyüməkdə olan nəsil üçün bir örnək olduğunu vurğulayıblar.

Müxtəlif millətlərin ümumi vətəninə çevrilmiş Azərbaycan daim igidlər diyarı olub və onun mərd oğulları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq ölkəmizin azadlığı, müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparıb, bu yolda birlik və əzmkarlıq nümayiş etdiriblər.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Binəqədi Mərkəzi Mədəniyyət evində, Müşfiqabad qəsəbə Mədəniyyət evində, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində, R.Axundov adına Mədəniyyət evində, Mərdəkan Mədəniyyət Sarayında, Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində, Şüvəlan qəsəbə Mədəniyyət evində, Şağan qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Seymur Məmmədova (“Qartal yuvası” filmi, rejissor Çingiz Həsənov), İqor Makeyevə (“Mən gəncəliyəm” filmi, rejissor Yavər Rzayev), Şahlar Şükürova (“Bir elin Şahları” filmi, rejissor Vəli Səyyadi), Əli Məmmədova (“Taleyin sorağında” filmi, rejissor Taleh İsmayılov), Ehtiram Əliyevə (“777” filmi, rejissor Cavid İmamverdiyev), Mikayıl Cəbrayılova (“İki əsgər” filmi, rejissor Vəli Səyyadi), Səfiyar Behbudova (“Qəhrəmanlıq zirvəsi” filmi, rejissor Kəmalə Musazadə), Rövşən Əliyevə (“Rövşən” filmi, rejissor Natiq Qurbanov), Məmməd Hüseynova (“Müəllim” filmi, rejissor Emin Əfəndiyev), Səxavət Məhərrəmova (“Məni yada salarkən” filmi, rejissor Yavər Rzayev), Viktor Seryoginə (“Əbədiyyətə uçuş” filmi, rejissor Cəmil Fərəcov) həsr olunmuş filmlər nümayiş olunub.

Qeyd etmək lazımdır ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində filmlərin nümayişinə müxtəlif yaş qrupundan olan Bakı sakinləri, hərbçilər və məktəblilər cəlb edilib, mövzu ilə bağlı onlarla mükalimələr aparılaraq fikirləri öyrənilib. Vətənpərvərlik mövzusunun bütün dövrlər üçün aktuallığını və əhalinin vətənpərvərlik ruhunda tərbiyəsində böyük önəm daşıdığını nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu qəbildən olan tədbirləri gələcəkdə də müntəzəm surətdə davam etdirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda “Vətənpərvərlik kinosu həftəsi”nə start verilib

Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar (FOTOLAR)

"Hərbiyyə" vətənpərvərlik düşərgəsini daha sistemli şəkildə təşkil edəcəyik - Ülvi Mehdiyev

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib

Tərtərdə vətənpərvərliklə bağlı tədbir keçirilib

Vətənpərvərliklə bağlı tədbirlərə start verilib

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başlayıb

“İrəli” yenidən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsini həyata keçirəcək

İradə İbrahimova: "Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir"

“Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib

“Vətənpərvərlik kinosu həftəsi”nə başlanılacaq

Şəmkir sərhəd dəstəsində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadılıb (FOTOLAR)

Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

Orduda “Milli qurtuluşdan zəfərə doğru” kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

07 Aprel 2020, 14:26 (GMT +4)
Neft Fondu maliyyə bazarlarında dalğalanmaların portfelinə təsirini şərh edib

07 Aprel 2020, 14:19 (GMT +4)
“Azexport” portalına sifarişlər artıb

07 Aprel 2020, 14:02 (GMT +4)
Tramp ABŞ-ın neft hasilatını azaltması ehtimalını şərh edib

07 Aprel 2020, 13:48 (GMT +4)
Fransa qüvvələri Bağdadda hərbi qərargahı ölkə ordusuna təhvil veriblər

07 Aprel 2020, 13:39 (GMT +4)
Ağsuda silsilə oğurluq hadisəsi törədilib (FOTO)

07 Aprel 2020, 13:22 (GMT +4)
BMT Təhlükəsizlik Şurası aprelin 9-da pandemiya ilə bağlı videoiclas keçirəcək

07 Aprel 2020, 13:17 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

07 Aprel 2020, 13:03 (GMT +4)
"Azeri Light" nefti ucuzlaşıb

07 Aprel 2020, 13:01 (GMT +4)
Azərbaycan Hərbiçiləri Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar (FOTO)

07 Aprel 2020, 12:58 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 9 mini ötüb

07 Aprel 2020, 12:57 (GMT +4)
Rusiyada gün ərzində 1 154 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

07 Aprel 2020, 12:46 (GMT +4)
Ötən gün karantin rejimini pozan 1 499 sürücü cərimələnib

07 Aprel 2020, 12:30 (GMT +4)
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 55 gəmi təmir olunub

07 Aprel 2020, 12:18 (GMT +4)
ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

07 Aprel 2020, 12:06 (GMT +4)
İran Parlamenti koronavirusun yayılmasından sonra ilk toplantısını keçirib (FOTO)

07 Aprel 2020, 12:03 (GMT +4)
Rusiya rublunun dəyəri qalxıb

07 Aprel 2020, 11:36 (GMT +4)
Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66