Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 13:08 (GMT +4)

Bakı, 18 yanvar, SalamNews. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində(DMX) anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən foto sərgi ilə tanış olublar.

Xidmətin akt zalında davam edən anım mərasimi Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək 30 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdən danışıb.

Bildirib ki, respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə əliyalın əhaliyə divan tutulub, 147 günahsız insan qətlə yetirilib, 744 nəfər yaralanıb. Həmin gecə doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Lakin sovet rəhbərliyinin milli azadlıq hərəkatını qan gölündə boğmaq niyyəti baş tutmadı, xalqımız müstəqilliyə qovuşdu. 20 yanavar Azərbaycanın azadlığa gedən yolunun başlanğıcı oldu.

Xidmət rəisi 20 Yanvar faciəsinə ilk siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb və Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın müstəqillik arzusunun və mübarizliyinin, müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib.

Tədbir "Salnamə" sənədli filmlər studiyasının hazırladığı, premyerası 17 yanvar tarixdə Nizami kino mərkəzində olmuş “Silahdaşlar” filminin nümayişi ilə başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Hüseynov: “Dövlət Miqrasiya Xidməti bütün istiqamətlər üzrə müraciətləri qəbul edir”

Dövlət Miqrasiya Xidməti əcnəbi ailələrə ərzaq bağlamaları paylayıb

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları peşə bayramını qeyd edirlər

Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək

Apreldə Dövlət Miqrasiya Xidmətinə 10 min 646 zəng daxil olub

Dövlət Miqrasiya Xidməti yeni platformasına start verir

Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 12 il ötür

Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətində Gürcüstan əsilli ziyalılarla görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində tələbələrlə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi Niderlanda gedib

Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün məlumatlandırma aylığı keçirir

Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub

Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi ictimaiyyətə təqdim edilib

Caspian European Club  Dövlət Miqrasiya Xidməti ilə birgə biznes-forum keçirib

Dövlət Miqrasiya Xidməti 9 ayın statistik məlumatlarını açıqlayıb

Dövlət Miqrasiya Xidmətində müşavirə keçirilib

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66