Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:53 (GMT +4)

Bakı, 18 yanvar, SalamNews. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən ASCO-nun sədri Rauf Vəliyev bildirib ki, 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törədib, günahsız insanları qətlə yetirib, yaralayıb, yüzlərlə azərbaycanlı əlil olub, itkin düşüb.

Rauf Vəliyev bildirib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmayıb. Hadisəyə ilk münasibətini bildirən Ümummilli lider Heydər Əliyev olub. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni humanizm və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Hadisələrə əsl hüquqi, siyasi qiymətin verilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Dahi şəxsiyyət 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqləyib.

Rauf Vəliyev Prezident İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Sədr onu da qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da hər zaman diqqət mərkəzindədir.

ASCO sədri əlavə edib ki, 20 Yanvar, eyni zamanda, qürur, şərəf günümüzdür. Bu hadisələr zamanı şəhid olan oğul və qızlarımız Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə hər kəsə örnək olublar.

Rauf Vəliyev həmin günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan da danışıb. Dənizçilər hadisə baş verən zaman və ondan sonrakı günlərdə daim xalqla həmrəy olublar. Gəmilərin gülləbaran edilməsi belə milli birliyə və qəhrəmanlıq tarixinin yazılmasına maneə ola bilməyib.

Sədr qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman əziz tutulur, daim anılır, adları əbədiləşdirilir. O, ASCO-nun təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii filmin çəkilməsini də bunun bariz nümunəsi olduğunu deyib. Bildirib ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq. Sədr qeyd edib ki, bədii film tanınmış yerli və xarici aktyorlarının iştirakı ilə təcrübəli mütəxəssislər tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda baş rollardan birini canlandıran Xalq artisti Fəxrəddin Manafovdur. Filmdə əsas rollarından birini də Xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.

Çıxışının sonunda Sədr bütün yaradıcı heyətə uğurlar arzulayaraq ortaya keyfiyyətli işin çıxacağından əminliyini ifadə edib.

Sonra Qanlı Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən və qəhrəmanlığından iftixarla danışıb. Bildirib ki, o günlər dənizçilər dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərdən hər saat “SOS” siqnalı veriblər. Bununla da, dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxıb. Həmin dövrdə əksər gəmilərimiz ciddi zədə alıb, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri olub.

Daha sonra filmin yaradcı heyətinə söz verilib.

Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib ki, 20 Yanvar hadisələri zamanı dənizçilərin düşmənə qarşı birlik nümayiş etdirməyi qürurverici məqamlardandır. Dənizçilər çətin vəziyyətə düşsələr də, hər tərəfə məlumat ötürüblər. Quruluşçu rejissor qeyd edib ki, bədii filmin məqsədi də 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir.

O, filmin istehsalat prosesindən də danışıb. Bildirib ki, artıq bədii və rejissor ssenariləri hazırdır. Ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb.

Quruluşçu rejissor qeyd edib ki, ekran əsəri təkcə 20 Yanvar faciəsinin ağrı-acılarını özündə əks etdirməyəcək, həm də Azərbaycan xalqının, dənizçilərin göstərdiyi bu qəhrəmanlığı, vətənə sevgisindən yaranan müqavimət hərəkatının miqyasını dünyaya çatdırmağa kömək edəcək.

Elxan Cəfərov qəhrəman dənizçilərə həsr olunmuş filmin çəkilməsinə dəstək olduğu üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib.

Xalq artisti Fəxrəddin Manafov bildirib ki, 20 Yanvar hadisəsi tariximizə ən faciəli günlərdən biri və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar qətliamı böyük qəddarlıqla törədilməsinə baxmayaraq, xalqın yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini sübut edib.

Fəxrəddin Manafov o ağır günlərdə dənizçilərin göstərdiyi qəhrəmanlıqlardan da danışaraq çəkiləcək filmin əsas qayə və məramında da bu fədakarlığın dayandığını bildirib. Xalq artisti qeyd edib ki, əsas hadisələr faciə zamanı yaradılmış 7 nəfərdən ibarət Kapitanlar şurasının ətrafında cərəyan edəcək. Həmin 7 nəfəri canlandıran obrazların dilindən baş verənlərin əsl mahiyyəti aydın olacaq.

Fəxrəddin Manafov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib, ortaya uğurlu ekran işinin qoyulacağını deyib.

Sonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinin 30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASCO ötən ilin təhlükəsizlik və ekologiya hesabatını verib

Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

ASCO ötən il 2 min tona yaxın metalı təkrar emala göndərib

ASCO-nun təcrübəli kapitanı vəfat edib

Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

ASCO: Bu gün “Hüseyn Cavid” gəmisi təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanacaq

ASCO Mavritaniyada çətin vəziyyətdə qalan azərbaycanlı dənizçilərə dəstək olub

ASCO-da dezinfeksiya işləri davam edir  

ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub

ASCO Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

ASCO-da dezinfeksiya işləri davam etdirilir

ASCO 2019-un ən yaxşılarını elan edib

ASCO-da koronavirusla bağlı “qaynar xətt" və qərargah fəaliyyətə başlayıb

ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

ASCO koronavirusa qarşı zəruri profilaktik tədbirlər görür

ASCO açıq müsabiqə elan edib

ASCO-nun yeni gəmisi “Akademik Xoşbəxt Yusifzadə” adlandırılacaq

ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

ASCO-da “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

08 May 2021, 16:15 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

08 May 2021, 16:10 (GMT +4)
Rusiyada son sutkada 8 329 koronavirusa yoluxma aşkar edilib

08 May 2021, 16:00 (GMT +4)
Mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş olmayacaq

08 May 2021, 15:46 (GMT +4)
Putin xarici ölkə liderlərini və vətəndaşlarını Qələbə Günü münasibətilə təbrik edib

08 May 2021, 15:45 (GMT +4)
Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

08 May 2021, 15:37 (GMT +4)
Son sutkada Əfqanıstanda 250 Talibançı zərərsizləşdirilib – Müdafiə Nazirliyi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66