Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

20 Yanvar 2020, 00:01 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews. Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür.

SalamNews-un məlumatına görə, bu gün Qanlı Yanvar hadisəsindən 30 il ötür.

1990-cı ilin bu günü Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanıb. Xalqımız "qırmızı imperiyanın" "Qızıl ordusu"nun, sovet hərb maşınının həmləsinə məruz qalıb. Xalqımız təcavüzə uğrayıb, günahsız insanlar gülləbaran edilib.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub və əhaliyə divan tutub. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülüb.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib, hərbçilər hər yanı amansız atəşə tutublar. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəliblər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri də atəşə tutulublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Məşədi Dadaş məscidində yad edilib

Qanlı Yanvar şəhidlərinin xatirəsi Qarsda yad olunub

İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

Qanlı Yanvar faciəsi ilə əlaqədar Gəncədə şəhidlərin xatirəsi yad edilib (FOTO)

“CinemaPlus”da “Qanlı Yanvar” filmin pulsuz nümayişi olacaq

Qanlı Yanvar Azərbaycan xalqının ordu qarşısında sıravi vətəndaş duruşu idi - Mirhəsən Seyidov

Qanlı Yanvar faciəsinin qurbanları Düşənbədə anılacaq

Qanlı yanvar hadisələrindən bəhs edən yeni kitab nəşr edilib

Vaşinqtonda Qanlı Yanvar hadisələri ilə əlaqədar anım mərasimi keçirilib

“CinemaPlus”-da “Qanlı Yanvar” filmin pulsuz nümayişi olacaq

ADU-da “Qanlı Yanvar” bədii filmi nümayiş olunub

"Qanlı Yanvar" filmi Monreal Dünya Film Festivalında mükafata layiq görülüb

“Qanlı yanvar” filmi Moskvada nümayiş etdirilib (FOTO)

ADİU-da “Qanlı yanvar” filmi nümayiş olunub

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66