Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar 2020, 13:31 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews.  “Səs-küyü eşidib evdən elə əynimdəki nazik geyimdə çıxmışdım. Gedib gördüm ki, yaralıdır, güllə ilə vurublar. Onu xəstəxanaya birtəhər çatdırdıq. Əməliyyat masasına uzatdılar. Mən də dayanmışdım başının üstündə, əllərimi möhkəm sıxmışdı... Yavaş səslə dedi ki, pencəyimi götür, geyin, soyuq olar sənə. Son sözü bu oldu: Soyuq olar sənə...”

O soyuq gündən artıq 30 il keçir. Təkcə həyat yoldaşını həmin gün şəhid kimi torpağa verən Şövkət xanımın deyil, bütün Azərbaycan xalqının ruhunun üşüdüyü, dəhşətləri gördüyü, buna rəğmən qəhrəmanlıq salnaməsinin yazıldığı o soyuq yanvar... 1990-cı ilin qanlı 20 yanvarı....
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları silahlı hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib. Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.

Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşdü. Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.
1987-ci ildə Heydər Əliyevin min hiylə və məkrlə keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırılması nəticəsində Azərbaycanın düşmənlərinin, ölkəmizə qarşı torpaq iddiasında olan nankor qonşumuzun sanki əli-qolu açıldı. Bununla da Azərbaycanın tarixində növbəti dəhşətli anlar mərhələsi başlandı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan torpaqlarına təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Bu işdə keçmiş SSRİ rəhbərliyinə arxalanan təcavüzkar Ermənistan Azərbaycan ərazilərinə iddialarını daha həyasız şəkildə irəli sürdü. Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terror aktına əl atan Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun razılığı ilə olub.

Sovet rejiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Hər il yanvarın 20-də xalqımız 20 yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanını ziyarət edir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Torpaq uğrunda ölən varsa, vətəndir... Allah şəhidlərimizə rəhmət eləsin!

İlahə Ələsgərova
Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-da “Qanlı 20 Yanvar” faciəsinin 25-ci ildönümü anılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

25 Fevral 2020, 13:52 (GMT +4)
Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib

25 Fevral 2020, 13:40 (GMT +4)
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

25 Fevral 2020, 13:35 (GMT +4)
“ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub (FOTO)

25 Fevral 2020, 13:28 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

25 Fevral 2020, 13:21 (GMT +4)
Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək

25 Fevral 2020, 13:15 (GMT +4)
Ərdoğan Liviyada iki türk əsgərinin öldüyünü açıqlayıb

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66