Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:53 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews. Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi haqqında məlumat verib. O, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun hissələrinin bir neçə istiqamətdən Bakıya yeridildiyini, 147 silahsız insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini bildirib. Səfir Sovet İttifaqı Kommunist Partiyasının və hökumətinin qərəzli daxili siyasəti və M.Qorbaçovun uğursuz “perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında dezinteqrasiya proseslərinin başlandığını və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatlarının canlandığını qeyd edərək, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasının anladığını və əvəzində terrora əl atdığını və Azərbaycanda “erməni kartı”ndan məharətlə istifadə etdiyini söyləyib. O, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə, Azərbaycanda “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısının alınması və burada yaşayan ermənilərin qorunması bəhanəsi ilə silahlı dəstələrin şəhərə yeridildiyini diqqətə çatdırıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” təxribat qrupunun respublika televiziyasının enerji blokunu partlatdığı, digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı və beləliklə, xalq və beynəlxalq ictimaiyyətin xəbər almaq imkanından məhrum olunduğu qeyd edilib. Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, hətta təcili yardım maşınlarına hücum edildiyini vurğulayan N.Qurbanova 20 Yanvar hadisələrinin SSRİ-nin qüvvələri tərəfindən 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisidə və 1991-ci ildə Vilnüsdə baş tutmuş hərbi müdaxilələr arasında ən qəddarı olduğunu bildirib. “Human Rights Watch” təşkilatının 20 Yanvar zorakılığını kollektiv cəza üsulu və onun Azərbaycanın mülki şəxslərinin göstərdiyi müqavimətə uyğun olmadığı kimi qiymətləndirdiyi qeyd edilib.

Bu faciənin SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə SSRİ Müdafiə naziri Dmitri Yazov və Daxili İşlər Naziri Vadim Bakatinin rəhbərliyi altında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil edildiyi vurğulanıb. Qeyd edilib ki, faciə milliyyətindən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını alıb. Onların arasında 13 yaşlı Larisa Məmmədova, 3 uşaq anası Fəridə Abbasova, yeni evlənmiş İlham və Farizə dı var idi.

N.Qurbanova bu terror aktına ilk etirazın və siyasi qiymətləndirmənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq, 1990-cı il yanvarın 21-də onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyini, silahsız insanların qətlində Sovet İttifaqı rəhbərliyini günahlandırdığını və faciənin törədilməsində cavabdeh olanları ifşa etdiyini deyib. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verildiyi bildirilib.

N.Qurbanova 1990-cı ildə yaşanan bu faciənin ümummilli matəm günü olması ilə yanaşı, xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib və bunun nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik əldə etdiyini diqqətə çatdırıb.

Tədbirdə CBC telekanalının dəstəyi ilə 20 Yanvar hadisələrinin xronikasını və şahidlərin ifadələrini əks etdirən “İş nömrə 2. Qara Yanvar” adlı sənədli film nümayiş etdirilib. Daha sonra bolqar musiqiçi Ani Linçeva Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərlərini pianoda ifa edib.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Anım mərasimi yerli KİV-də işıqlandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İranda 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLENT)

Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri anılıb

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım edib

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür

20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

14 May 2021, 18:05 (GMT +4)
Türkiyə prezidenti: Qarabağda Azərbaycanı dəstəklədiyimiz kimi Qüdsə və Fələstinə də dəstək veririk

14 May 2021, 17:01 (GMT +4)
İngiltərə Premyer Liqasında ayın ən yaxşıları bəlli olub

14 May 2021, 16:40 (GMT +4)
AÇ-2020: Biletlər satışa çıxarılır

14 May 2021, 16:22 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Latvia”-da pay iştirakını satışa çıxarıb 

14 May 2021, 15:07 (GMT +4)
Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib - SİYAHI 

14 May 2021, 14:56 (GMT +4)
"Borussiya" Almaniya kubokunu qazanıb - (VİDEO)

14 May 2021, 14:35 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşır

14 May 2021, 14:21 (GMT +4)
Avropa çempionatının mahnısı təqdim edilib - (VİDEO)

14 May 2021, 13:15 (GMT +4)
Çempionlar Liqasının finalı rəsmən İstanbuldan alınıb

14 May 2021, 11:00 (GMT +4)
"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

14 May 2021, 09:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 115-ə çatıb, onların 28-i uşaqdır (FOTO)

14 May 2021, 09:05 (GMT +4)
"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina edib

14 May 2021, 09:04 (GMT +4)
İsrail prezidenti və müdafiə naziri ölkənin daxilində baş verən qarşıdurma və xaosla bağlı xəbərdarlıq ediblər

13 May 2021, 20:40 (GMT +4)
Azərbaycan Premyer Liqasında 27-ci turun təyinatları açıqlanıb

13 May 2021, 14:12 (GMT +4)
La Liqada azarkeşlər stadionlara qayıdır

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66