Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 16:00 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews. “XXI əsrdə texnologiyanın sürətli inkişafı həyatın müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir etdiyi kimi formal təhsildən də yan keçməyib. Bu konteksdə, XXI əsrdə verilən təhsil daha çevik, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır”.

SalamNews xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin “Connections” adlı elektron jurnalına müsahibəsində deyib.

Müsahibəsində tolerantlıq mövzusuna toxunan Firudin Qurbanov bildirib ki, Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur. Nazir müavini media savadlılığı üzrə təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, müasir dövrdə kütləvi kommunikasiya vasitələri və təhsil sistemi şəxsiyyətin formalaşmasında əsas sosiallaşdırıcı institutlar kimi çıxış edir: “Buna görə də təhsil sisteminin inkişaf konsepsiyasının sivilizasiyanın inkişaf səviyyəsinə uyğunlaşdırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Media savadı üzrə təhsil şəxsiyyətin formalaşmasında getdikcə daha çox rol oynayır.

XXI əsrdə media təhsili dedikdə, həm də media ilə ünsiyyət mədəniyyətinin formalaşması, kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı, eləcə də digər məsələlər nəzərdə tutulur”. Firudin Qurbanov müsahibəsində cəmiyyətimizdə media savadlılığının artırılmasının vacibliyini qeyd edib: “Şübhəsiz ki, biz qlobal təhsildə baş verən dəyişiklikləri, prosesləri təhlil edir, qiymətləndirir və müsbət təcrübəni milli təhsil sistemimizdə tətbiq etməyə çalışırıq. Bu mənada bəhs etdiyimiz media savadlılığı təhsil sahəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təhsil sistemi şəffalıq, vətəndaş məmnunluğu, əlyetərlik, bəşəri dəyərlərin təntənəsi kimi mühüm dəyərləri özündə ehtiva edir.

Bu dəyərlərin ölkəmizdə cəmiyyət üzvlərinə çatdırılmasında isə media savadlılığının mühüm əhəmiyyəti danlmazdır. Təhsil sistemində baş verən proseslərin, müsbət dəyişikliklərin insanlara çatdırılması və hər kəsin bu prosesdə bərabər şəkildə iştirakının təmin olunması yolunda ölkəmizdə media təhsili üçün maneə yoxdur”.

Media ilə əməkdaşlığın əldə olunmuş müsbət təcrübəsindən danışan Firudin müəllim bildirib ki, Təhsil Nazirliyi artıq bir neçə ildir ki, bu sahədə konkret layihələrlə, təhsil sahəsində media və aşkarlıq problemlərinə dair silsilə tədbirlərin təşəbbüsçüsü kimi çıxış edir: “Bu təşəbbüsdə ölkənin bütün media qurumları, ali təhsil müəssisələrinin mətbuat xidmətləri, təhsil ekspertləri iştirak edir və bu təcrübə bəhs etdiyimiz media savadlılığının yayılmasının mühüm aspektlərindən biri kimi qiymətləndirilə bilər.

Bundan əlavə, nazirliyin təşəbbüsü ilə “Təhsil sosial mediada” layihəsi həyata keçirilir ki, onun məqsədi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həayta keçirilən islahatyönlü tədbrlərin mahiyyətinin təbliği və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etməkdir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

Nazir müavini Mətin Kərimli BƏT-də yüksək vəzifəyə təyin olunub

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında iştirak edib

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında iştirak edib (FOTOLAR)

Nazir müavini: DATA ilə əlaqəli 30-dan çox yeni peşələr ortaya çıxıb

Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

İraqda korrupsiya ilə mübarizə fonunda 9 nazir, nazir müavini və qubernatora qarşı iş qaldırılıb

Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb

Nazir müavini: Aqrar sektorda 13%-lik artım qeydə alınıb

Nazir müavini: Zəfərançılıq sahəsinin inkişafına veriləcək subsidiyalar artırıla bilər

Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib

Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

Nazir müavini: Təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik

Nazir müavini: “7000 vakant yer daimi əsaslarla olan iş yerləridir”

Nazir müavini: Azərbaycan yaxın 2 ildə Fransadan 40 lokomotiv alacaq

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66