Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:33 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar. Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib. 

Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib.Azercell-in təşəbbüsü vətəşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.

Xatırladaq ki, Azercell internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini,həmçinin innovativ texnologiyalar vasitəsiləsosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir.Belə ki, ötən il Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

Azercell transformasiya ilininin nəticələrini açıqlayıb

Azercell ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

Azercell metro tunellərində 4G şəbəkəsini tam quracaq

Azercell Bakıda 5G ilə əhatə ediləcək yerləri açıqlayıb

"Azercell" fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb

Azercell ötən il 6 milyona yaxın abunəçiyə xidmət göstərib

Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell “Biznesim W-Fi” təklifini təqdim edib

“Azercell”in rəhbərliyi olimpiada qalibləri ilə görüşüb

Azercell dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Azercell-in “Mobil Göz Klinikası”-nda 900-dən çoxadam müayinə edilib

28 tələbə “Azercell” təqaüdçüsü” adına layiq görülüb

“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə ötən il ərzində 5061 müraciət daxil olub

Azercell İnnovativ "Mobil Ödəmə" xidməti tətbiq edib

“Azercell” Azərbaycanda İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

25 Fevral 2020, 12:11 (GMT +4)
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

25 Fevral 2020, 12:09 (GMT +4)
İraq Parlamenti təşkil edilən yeni hökumətlə bağlı taleyüklü toplantıya hazırlaşır

25 Fevral 2020, 12:01 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

25 Fevral 2020, 11:46 (GMT +4)
Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

25 Fevral 2020, 11:37 (GMT +4)
Rusiya nümayəndə heyəti İdlibi müzakirə etmək üçün Türkiyəyə gələcək - Ərdoğan

25 Fevral 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Küveyti Milli Bayramı münasibətilə təbrik edib

25 Fevral 2020, 11:24 (GMT +4)
Koronavirusa görə ümrə ziyarəti də müvəqqəti şəkildə dayandırıla bilər

25 Fevral 2020, 11:15 (GMT +4)
BANM koronavirus əleyhinə dezinfeksiya edilib

25 Fevral 2020, 11:09 (GMT +4)
Ağ Ev Rusiyanın seçkilərə "müdaxilə" xəbərlərini absurd adlandırıb

25 Fevral 2020, 11:00 (GMT +4)
Suriyanın Laziqiya əyalətinə raketlərlə hücum edilib, havadan müdafiə cavab verib

25 Fevral 2020, 10:57 (GMT +4)
20 yanvar faciəsinin təqsirkarlarından biri ölüb

25 Fevral 2020, 10:53 (GMT +4)
"Diamond Princess" kruiz gəmisinin daha bir sərnişini dünyasını dəyişib

25 Fevral 2020, 10:47 (GMT +4)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 

25 Fevral 2020, 10:25 (GMT +4)
Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırılıb

25 Fevral 2020, 10:16 (GMT +4)
İran koronavirusa yoluxanlardan 21-nin sağaldığını bildirib

25 Fevral 2020, 10:13 (GMT +4)
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

25 Fevral 2020, 10:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

25 Fevral 2020, 10:10 (GMT +4)
Yaponiyada planetin ən yaşlı sakini vəfat edib

25 Fevral 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub

25 Fevral 2020, 09:43 (GMT +4)
ABŞ-da seçkiyə "müdaxilə"yə Rusiya əleyhinə sanksiyaların tətbiq olunması tələb edilir

25 Fevral 2020, 09:41 (GMT +4)
Misirin vasitəçiliyilə Qəzzada atəşkəs elan edilib

25 Fevral 2020, 09:36 (GMT +4)
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

25 Fevral 2020, 09:19 (GMT +4)
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur

25 Fevral 2020, 09:15 (GMT +4)
Bu gün İmam Məhəmməd Baqirin (ə)mövlud günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66