İranda Qasim Süleymaninin silahdaşlarından biri terror edilib22 Yanvar 2020, 13:00 (GMT +4) Bakı, 22 Yanvar, SalamNews, B.Samid. İranın Bəsic Təşkilatının Xuzestan əyalətinin Şadeqan rayonunun Darxuveyn şəhəri üzrə nümayəndəsi terror edilib.
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, Bəsic Təşkilatının Darxuveyn şəhəri üzrə nümayəndəsi Əbdül-Hüseyn Məcdumi ötən axşam naməlum şəxslər tərəfindən terror edilib.
Məlumata görə, evinin həyətinə daxil olan şəxslər Bəsic nümayəndəsinə 4 dəfə atəş açıblar. O aldığı yaralardan həyatını itirib.
İran mətbuatının məlumatına görə, Əbdül-Hüseyn Məcdumi Suriya və İraqda İŞİD-lə döyüşlərdə fəal iştirak edib və Qasim Süleymaninin silahdaşlarından hesab edilirdi.
Bəsicin Darxuveyn şəhəri üzrə nümayəndəsinin terror edilməsini hələ heç bir qruplaşma üzərinə götürməyib.
|