Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:34 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews.“Azərişıq” ASC tərəfindən Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.

SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, bu işlər Xırdalan şəhəri və ətraf qəsəbələrin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır: "Şəbəkənin yenidən qurulması üçün görülən işlər isə təhlükəsizlik normalarının tələb etdiyi kimi, bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşaiyət olunur. Bildiyiniz kimi, Xırdalan şəhəri və ətraf qəsəbələr son illər xeyli böyüyüb, yeni yaşayış massivləri salınıb. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib. Nəticədə, Masazır, “28 May”, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik təchizatında illərdir problemlər hökm sürürdü. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib. Bundan əlavə, xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. “Azərişıq” ASC bütün ölkə boyu elektrik şəbəkəsinin yenidən qurulması proqramına uyğun olaraq bu ərazilərdə də ötən ildən başlayaraq genişmiqyaslı işlərə başlayıb”.

“Azərişıq” rəsmisinin sözlərinə görə, əməkdaşlar həmin ərazilərdə mürəkkəb şəraitdə işləyirlər. "Çünki evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. Buna baxmayaraq, işlər yekunlaşmaq üzrədir. Aparılan yenidənqurma işlərinə görə bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır. Biz vaxtaşırı olaraq bu barədə elanlar veririk. O cümlədən “28 may” qəsəbəsinin sakinlərini elektrik təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edirik. Sakinlər nəzərə almalıdır ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür”,- T.Mustafayev deyib.

“Azərişıq” ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, “28 may” qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksək gərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən “28 may” qəsəbəsində gərgin iş gedir, briqadalar işləyir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

“Azərişıq” istehlakçıları xəbərdar edib

"Azərişıq” gücləndirilmiş iş rejimində çalışır

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq

“Azərişıq” sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başlayıb

“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

“Azərişıq” mənimsəmə iddialarına münasibət bildirib

“Azərişıq” ASC-yə yeni sədr təyin edilib

“Azərişıq” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərişıq” 2019-cu il üzrə nəticələrini açıqlayıb

“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

"Azərişıq" küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək

“Azərişıq”: Sahibkarların obyektlərinin şəbəkəyə qoşulması ilə bağlı müraciətləri 25% artıb

"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

25 Fevral 2020, 13:52 (GMT +4)
Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib

25 Fevral 2020, 13:40 (GMT +4)
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

25 Fevral 2020, 13:35 (GMT +4)
“ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub (FOTO)

25 Fevral 2020, 13:28 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

25 Fevral 2020, 13:21 (GMT +4)
Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək

25 Fevral 2020, 13:15 (GMT +4)
Ərdoğan Liviyada iki türk əsgərinin öldüyünü açıqlayıb

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

25 Fevral 2020, 12:11 (GMT +4)
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

25 Fevral 2020, 12:09 (GMT +4)
İraq Parlamenti təşkil edilən yeni hökumətlə bağlı taleyüklü toplantıya hazırlaşır

25 Fevral 2020, 12:01 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

25 Fevral 2020, 11:46 (GMT +4)
Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

25 Fevral 2020, 11:37 (GMT +4)
Rusiya nümayəndə heyəti İdlibi müzakirə etmək üçün Türkiyəyə gələcək - Ərdoğan

25 Fevral 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Küveyti Milli Bayramı münasibətilə təbrik edib

25 Fevral 2020, 11:24 (GMT +4)
Koronavirusa görə ümrə ziyarəti də müvəqqəti şəkildə dayandırıla bilər

25 Fevral 2020, 11:15 (GMT +4)
BANM koronavirus əleyhinə dezinfeksiya edilib

25 Fevral 2020, 11:09 (GMT +4)
Ağ Ev Rusiyanın seçkilərə "müdaxilə" xəbərlərini absurd adlandırıb

25 Fevral 2020, 11:00 (GMT +4)
Suriyanın Laziqiya əyalətinə raketlərlə hücum edilib, havadan müdafiə cavab verib

25 Fevral 2020, 10:57 (GMT +4)
20 yanvar faciəsinin təqsirkarlarından biri ölüb

25 Fevral 2020, 10:53 (GMT +4)
"Diamond Princess" kruiz gəmisinin daha bir sərnişini dünyasını dəyişib

25 Fevral 2020, 10:47 (GMT +4)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 

25 Fevral 2020, 10:25 (GMT +4)
Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırılıb

25 Fevral 2020, 10:16 (GMT +4)
İran koronavirusa yoluxanlardan 21-nin sağaldığını bildirib

25 Fevral 2020, 10:13 (GMT +4)
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66